İordan çayının qərb sahilində həbslər davam edir

img

26-08-2024 [14:09]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə növbəti əməliyyatlar keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu son 24 saat ərzində İordan çayının qərb sahilində yerləşən Nablus, Qalkilya, Hebron və Beytləhm şəhərlərində və Şərqi Qüdsdə həbslər zamanı fələstinlilərin ev və iş yerlərinə yeni basqınlar həyata kçeirib: "Nəticədə daha 15 mülki fələstinli həbs olunb. Bununla da 2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə saxlanılan fələstinlilərin sayı 10 min 200-ü keçib".

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR