KİV: Kiyev Hindistanı danışıqlarda vasitəçi kimi görmür

img

23-08-2024 [21:35]


Kiyev hakimiyyəti Hindistanı Rusiya ilə sülh danışıqlarında vasitəçi kimi görmür.

Bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edib ki, Ukrayna rəsmiləri Hindistanı vasitəçi kimi görmədiklərini və bu ölkənin baş naziri Narendra Modinin Ukraynaya səfərini Yeni Dehlinin Kiyev hakimiyyətinə dəstəyinin nümayişi kimi qələmə verməyə çalışırlar.

Qeyd edək ki, Hindistanın baş naziri Narendra Modi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar zamanı bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həlli yalnız dialoq və diplomatiya yolu ilə mümkündür və ölkəsi sülhə nail olmaq üçün istənilən səyləri dəstəkləməyə hazırdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR