İordan çayının qərb sahilində daha 25 fələstinli saxlanılıb - Aralarında uşaq da var

img

22-08-2024 [17:34]


İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilinə həbsləri davam etdirir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi bugünki əməliyyatla bağlı açıqlama yayıb.

Dərnəkdən bildirilib ki, İsrail ordusu son 24 saat ərzində İordan çayının qərb sahilinin müxtəlif bölgələrində ev və iş yerlərinə səbəbsiz basqınlar edib: "Nəticədə 2 qadın və bir uşaq olmaqla, daha 25 fələstinli saxlanılıb..."

Qeyd edilib ki, 7 oktyabr 2023-cü ildən bu yana bu bölgədə saxlanılan fələstinlilərin sayı 10200-ü ötüb.

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR