Vəkil Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb

img

22-08-2024 [11:11]


Reanimasiyaya yerləşdirilən vəkil Əsabəli Mustafayevin vəziyyəti açıqlanıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Vəkillər Kollegiyasının üzvü 1951-ci il təvəllüdlü Mustafayev Əsabəli Qurban oğlu 17.08.2024-cü il tarixində saat 17:30-da Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Xəstəxanasına hospitalizasiya olunub:

“Törədicisi dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulan Ə. Mustafayev ağır vəziyyətdə Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. Pasiyentə bütün zəruri tibbi xidmətlər göstərilib və vəziyyəti stabilləşdikdən sonra 21.08.2024-cü il tarixində Terapiya şöbəsinə köçürülüb”.

Mərkəzdən bildirilib ki, müalicə tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:29 17.01.2025

Sabah yağış yağacaq