Olimpiya çempionları Azercell-in qonağı olublar - FOTO
22-08-2024 [10:07]
Avqust ayının 21-də Azercell-in prezidenti Zərinə Zeynalova Paris Olimpiya Oyunlarında Azərbaycana qızıl medallar qazandıran cüdoçular Hidayət Heydərov və Zelim Kotsoyev ilə görüşüb.
Mia.az-ın məlumatına görə, görüş Cüdo Federasiyasının və Azercell-in nümayəndə heyətinin iştirakı ilə baş tutdu.
“Azərbaycan yığmasının hər bir çıxışını böyük həyəcanla izləyirdik. Olimpiya Oyunlarının nəticəsi cüdoçularımızın zəhmət və əzmkarlığının bariz nümunəsi oldu. Bayrağımızı Parisdə zirvələrə qaldıraraq bu sevinc hissini bizə yaşatdığınız üçün sizə təşəkkürümüzü bildiririk. Sizinlə fəxr edirik”,- deyə Zərinə Zeynalova idmançıları təbrik etdi.
Z. Zeynalova Azercell və Cüdo Federasiyasının əməkdaşlığı haqqında da danışdı: “Üç ilə yaxındır ki, şirkətimiz Azərbaycan Cüdo Federasiyasının məğrur tərəfdaşıdır. Cüdoçularımızın ardıcıl olaraq dünya miqyasında nüfuzlu çempionatlardan qalibiyyət ilə dönməsi bizi qürurlandırır. Sosial məsuliyyətli korporativ vətəndaş kimi bu əməkdaşlığın ölkəmizdə idmanın inkişafı ilə yanaşı, cəmiyyətin rifahının daha da yaxşılaşdırılması üçün faydalı olmasına çalışırıq. Federasiya ilə birgə səylərimiz nəticəsində “Qızlara ağ yaraşır”, “Söz verirəm” və “Doğru yol budur” adlı layihələri həyata keçirməklə ölkəmizdə qızlar arasında sağlam həyat tərzinin təbliği, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması, narkomaniya ilə mübarizə kimi mühüm mövzuları gündəmə gətirməyə müvəffəq olmuşuq. Bu nəticələr tərəfdaşlığımızın məhsuldarlığını bir daha sübut edir”.
Görüş çərçivəsində Olimpiadanın super çempionları Azercell-in “SuperSən” tarif paketinə abunə oldular.
Daha sonra qəhrəmanlarımızın Azercell əməkdaşları ilə görüşü baş tutdu.
Ölkənin lider mobil operatoru idmançılarımızı, Azərbaycan Cüdo Federasiyasını və bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir! Hidayət və Zelim, səsiniz daima ən uca zirvələrdən gəlsin!
Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası keçirilib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Baş məşqçi Neymarın "yerin dibinə soxdu": "O, artıq əvvəlki oyunçu deyil, heyətdə olmayacaq"
Abşeronda evdə partlayış: 5 nəfər yaralanıb
Qəzza atəşkəsə 2 gün qalmış bombalanır - Daha 88 nəfər ölüb
YA SATILACAQ, YA BLOKLANACAQ - ABŞ məhkəməsi "TikTok"u "güncə sıxdı"
Anası gənc futbolçusunun 10 yaş böyük nişanlısına qarşı çıxdı: "Siz bir bunun geyiminə baxın..." - Oğlu isə... (FOTOLAR)
Dövlət ittihamçılarından ibarət qrup yaradılıb - Hərbi cinayətlərdə ittiham olunan ermənilərin məhkəməsi başlayıb (YENİLƏNİB)
Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat edib
Türkiyə millisinin hücumçusu əməliyyat olunub - AÇIQLAMA
İrakli Kobaxidzenin Azərbaycana səfəri başa çatıb
İlham Əliyevin Gürcüstanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub - FOTO
İstanbulda saxta spirtli içki can alır - Ölənlərin sayı 38-ə çatıb
“Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib
"Abzas Media" işi: Fərid İsmayılov saxlanılıb
İrakli Kobaxidze Azərbaycan prezidenti ilə görüşüb, birgə bəyanat verildi - TAM MƏTN (FOTOLAR, Yenilənib)
Orhan Ak baş məşqçi təyin olunub
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
"Beşiktaş" “Mançester Yunayted”in sabiq baş məşqçisi ilə anlaşdı: "İşə başlamağı səbirsizliklə gözləyirəm"
Sabiq nazirin bacısı vəzifədən çıxarıldı
Kür çayına 10 min balıq körpəsi buraxılıb
İngilis klubu məşhur qolçu ilə 10 illik müqavilə bağlayıb
İzmirdə daha bir kriminal dəstə çökdürülüb - 18 nəfər qandallanıb
Qəzzada daha 101 nəfər həlak olub - Atəşkəs elanından sonra
Kobaxidze İlham Əliyevi Gürcüstana dəvət edib: "Ümid edirik ki..."
İsrail-HƏMAS anlaşması: kim uddu, yaxud Tramp Bakı və İrəvana da belə təzyiq edə bilər?
Azərbaycan ilə Gürcüstan arasında dörd sənəd imzalanıb - Nazirlər Kabineti açıqladı (FOTOLAR)
Klub Terimin üzünə su fırladan oyunçu haqda açıqlama yaydı - "Ata-bala kimdirlər" - FOTOLAR
Tofiq İsmayılovun oğlu yenidən həbs edildi
Baş nazir: "Azərbaycanla strateji tərəfdaşlığımız regionda sabitliyin təminində mühüm rol oynayır"
Rəqsanə İsmayılovanının keçmiş sevgilisinin saatı oğurlanıb
Sabah yağış yağacaq
Milli Məclisdəki dibçək və dekorativ ağaclar... - Onlara qulluğa 24 mn manat xərclənəcək
“Azercell” tətbiqinə yeni Qonaq Girişi funksiyası əlavə olundu
Baş Dövlət Yol Polisi İdarəsində dəyişiklik - Texniki Baxış Şöbəsinin yeni rəisi kimdir?
Samuxda əməliyyat: 45 yaşlı Namiq Abdullayev saxlanılıb
Türkiyə ordusu YPG-nin mövqelərinə sarsıdıcı zərbə vurdu - Qruplaşama lideri "böyük itkilərimiz var" dedi
Suriyanın yeni rejimindən diqqətçəkən qərar: iki ölkə vətəndaşlarının ölkəyə girişi qadağan olundu
“Al Market” Beynəlxalq Bankı məhkəməyə verdi - Qalmaqal