Türkiyə kəşfiyyatı Finlandiyada fəaliyyət göstrən iranlı qadını qandalladı - FOTO

img

21-08-2024 [16:08]


Türkiyə kəşfiyyatı (MİT) İstanbul Polis İdarəsi ilə birgə PKK/KCK-nın Finlandiya üzrə məsul şəxsi Mehnaz Ömərini İstanbulda həbs edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əslən İranın Urumiya bölgəsindən olan "Naze Ad" kod adlı Mehnaz Öməri xüsusi əməliyyatla tutularaq istintaqa cəlb olunub.

Məlumata görə, o, PKK/KCK və onun Finlandiyadakı qolu üzrə əsas məsul şəxs statusunda olub: "O,insanların qondarma təşkilata maliyyə köçürməsi və həmin vəsaiitin terror təşkilatına yönləndirilməsinə məsul olmaqla bərabər, həm də Finlandiya və digər Avropa ölkələrində Türkiyəyə qarşı təxribat xarakterli aksiyaların təşkilatçılarından biridir".

Xəbərdə deyilir ki, Mehnaz Ömərinin ələ keçirilməsi ilə təşkilatın Finlandiya "struktur"u haqqında çoxlu kompromatlara çıxş əldə olunub.

Firudin Səfərli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR