HANİYƏNİN CANGÜDƏNLƏRİ VƏ KÖMƏKÇİLƏRİ ÖLDÜRÜLÜB - HƏMAS mesaj yaydı

img

20-08-2024 [13:42]


HƏMAS-ın İranda sui-qəsdə uğrayan keçmiş lideri İsmayıl Haniyənin köməkçiləri llə cangüdənləri dünən öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosu başsağlığı mesajında məlumat verib.

Məlumatda İsrailin dünın Qəzzadakı Şati Qaçqınlar Düşərgəsinə endirdiyi zərbələrdə Haniyənin bəzi mühafizəçiləri ilə yanaşı, ofisində çalışan köməkçilərinin həyatlarıını itirdiyi bildirilib.

Başsağlığında həyatını itirənlərlə bağlı ətraflı məlumat verilməsə də, qeyd olunub ki, bu hücum İsrailin Haniyə ilə yaxın və ya uzaq əlaqələri olan hər kəsə qarşı nifrətinin göstəricidir: "İsrailin törətdiyi bu cinayətləri Haniyənin övlad və nəvələrinin öldürülməsi və ya qohumlarının evlərinin bombalanması ilə başlamayıb, Tehrandakı sui-qəsdlə də bitməyəcək. Ancaq İsrail və onun dəstəkçiləri bilməlidir ki, bu hücumlar fələstinlilərin müqavimətini qıra bilməyəcək..."

Xatırladaq ki, dünən İsrailin Şati Qaçqınlar Düşərgəsini bombaladığı və nəticədə altı nəfərin həlak olması, 10-dan çox insanın isə yaralanması haqda xəbər yayılmışdı. Lakin xəbərdə onların İsmayıl Haniyə ilə bağlılıqları gizlədilmişdi.

Onu da qeyd edək ki, HƏMAS lideri Haniyə iyulun 31-də Tehranda öldürülüb. 

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR