“Qəbələ” Konqo millisinin futbolçusu ilə anlaşıb

img

20-08-2024 [12:32]


“Qəbələ” klubu daha bir futbolçu ilə anlaşıb.

Mia.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klub Konqo millisinin yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalayıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR