Qəzzada savaş: indiyədək 885 səhiyyə, 289 humanitar yardım işçisi həlak olub

img

19-08-2024 [12:56]


Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumlarında 900-ə yaxın tibbi işçisi və 300-dək humanitar yardım təşkilatının əməkdaşı həyatı ilə vidalaşıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzari məlumat açıqlayıb.

Lazzarini Qəzzada müharibə qaydalarına əməl edilmədiyini xüsusi vurğulayaraq bildirib ki, oktyabrın 7-dən etibarən Qəzzada həyata keçirilən hücumlarda 207-si UNRWA olmaqla 885 səhiyyə, 289 nəfər isə humanitar yardım təşkilatının işçisi həlak olub: "Onların çoxu vəzifə başındaykən öldürülüblər".

Lazzarini xatırladıb ki, Qəzzaya edilən hücumlarda 160-dan çox jurnalist və media işçisi də həlak olub.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR