"Meymun çiçəyi"nə yoluxan əcnəbi tələbə var? - Karabük Universiteti açıqlama yaydı

img

16-08-2024 [17:55]


Türkiyədə əsasən Afrikalı tələbələrin cəmləşdiyi Karabük Universiteti dünyanı təhdid edən "meymun çiçəyi" virusu ilə bağlı açıqlama yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, açıqlamada universitetə daxil olan və ya oxuyan Afrika kökənli tələbələrlə bağlı iddialara aydınlıq gətirilib.

Universitetdən bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əssən, rəhbərlik bu virusla bağlı hər detalı yaxından izləyir: "Biz tələbələrimizin və şəhər sakinlərinin sağlamlığını qorumaq üçün məsələni çox ciddi şəkildə diqqətdə saxlamağa davam edəcəyik"

Xatırladaq ki, Türkiyənin Sakariya şəhərində bir nəfərdə "meymun çiçəyi" virisunun aşkarlanması haqda xəbərlər tirajlanıb.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR