TFF bu klubu cəzalandırdı - Texniki məğlubiyyət verilib, 3 xal silinib

img

16-08-2024 [09:03]


Trendyol 1-ci Liqasının 2-ci həftəsində keçiriləcək "Esenler Erokspor" - "Yeni Malatyaspor" matçı tarixə təxirə salınıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) qərar verib.

Qərarda deyilir ki, 17.08.2024-cü il, saat 19.15-də oynanılması planlaşdırılan “Esenler Erokspor” – “Yeni Malatyaspor” matçı Türkiyə Futbol Federasiyasının qərarı ilə daha qeyri-müəyyən müddətə tarixə təxirə salınıb.

Bundan başqa, TFF Peşəkar Futbol İntizam Şurası turun ilk oyununda "Pendikspor"a qarşı meydana çıxmayan "Yeni Malatyaspor" 3:0-lıq texniki  məğlubiyyətlə yanaşı, 3 xal silinmə cəzası kəsib.

Fərid

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb