Konfrans Liqası: "Sabah" liqa ilə vidalaşdı, Baş məşqçi isə komanda haqda suala belə cavab verdi (VİDEO)

img

15-08-2024 [21:50]


Bu gün Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunda səfərdə 1-0 uduzan "Sabah" komandası İrlandiyanın "Sent Patriks Atletik" komandasını qəbul edib.

Mia.az xəbər verir ki, oyunun 27-ci dəqiqəsində komandamızun oyunçusu Sofyan Şakla qırmızı vərəqə alaraq meydandan qovulub.

Bundan sonra oyün üstünlüyü rəqibin tərəfinə keçib.

48-ci dəqiqədə qonaqlardan Zakari Elbuzedi hesabı açıb - 0:1.

Qalan dəqiqələrdə qol olmadığından iki oyunun nəticəsinə görə üstün olan irlandıar növbəti tura yüksəlib. "Sabah" isə Konfrans Liqası ilə vidalaşıb.

Oyundan sonra mətbuat konfransında "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç komandasının uduzmasının səbəbini əsasən komandasının az oyunçu ilə qalması ilə əlaqələndirib.

Mia.az-ın əməkdaşı baş məşqçiyə sualında vurğuladı ki, komandası məğlub olsa da, o, çox rahat və arxayın görünür. Eyni zamanda, müxbirimiz "Sabah"ın oyunçularının arasında oyun zamanı koordinasiya probleminin olduğunu və həmçinin fiziki hazırlıqla bağlı problemlərinin nəzərə çarpdıgını qeyd etdi.Bu xüsusda müxbirimiz oyunçu Xəyal Əliyevin qaçarkən davamlı şəkildə təngənəfəs olduğunu da sözlərinə əlavə edib.

Baş məşqçi müxbirimizin sualına cavabında bildirdi ki, o, çox həyəcan keçirsə də bunu üzə vurmamağa çalışır. Eyni zamanda, futbolçuların fiziki hazırlığında problem yoxdur. Xəyal Əliyev isə ehtiyat oyunçu olaraq oyuna sonradan qatıldığı üçün birdən-birə qaçmaq onda nəfəs çətinliyi yaradıb.

"Sabah"ın oyunçusu Xəyal Əliyev isə oyundan dərhal sonra media ilə ünsiyyətdən qaçaraq sürətlə uzaqlaşıb.

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:23 23.11.2024

İstanbulda fabrik yanıb