Abşeronda 47 yaşlı qadını meyiti gölməçədə tapılıb

img

15-08-2024 [09:20]


Abşeronda 47 yaşlı qadını meyiti gölməçədə tapılıb.

Mia.az Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində gölməçədə cəsəd aşkar edilməsi barədə məlumat daxil olub:

Məlumatlarla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Alıyeva Xoşgül İman qızının meyiti gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.09.2024

Sabah yağış yağacaq