Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
15-08-2024 [00:02]
Qoç - İşgüzar təmaslar, danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Yaxşı təəssürat yaratmaq, özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə, zəhmətinizi layiqli şəkildə mükafatlandırmağa hazırdır. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var.
Dünyagörüşünüz artır, maraq dairəniz genişlənir. Ciddisiniz, əl atdığınız hər işdə uğur qazanırsınız. Enerjiniz azdır, axşam səhhətiniz pisləşə bilər.
Buğa - Çox şey sizin başqalarının işinə vaxtında qarışmağınızdan, birbaşa sizə aidiyyatı olmayan problemlərin həllinə girişməyinizdən asılı olacaq. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu gün dostlaşacağınız tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət edəcəklər.
Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri məbləğdə pul ala bilərsiniz.
Əkizlər - İşgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət edirsiniz.
Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür. İnandırıcı danışırsınız, rəyinizi dinləməmək mümkün deyil. İri alış-veriş etmək, yatırımlar etmək olar. Yaxınlarınız biznesdə sizi dəstəkləməyə hazırdırlar.
Xərçəng - Sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Düzdür, bəzi Xərçənglər özləri üçün problem yaratmağı bacaracaqlar. Amma eyni zamanda bunları elə özləri və çox uğurla həll edirlər. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan deyil.
Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Əhvalınız yaxşılaşır, gələcəyə nikbinliklə baxırsınız. Yaxşı təsir bağışlamaq istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır.
Şir - İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür.
Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi zəhlənizi tökür. Valideyn Şirlər uşaqları ilə ümumi dil tapa bilirlər. Təmkininizi qorumağa çalışın. Emosiyalarınızı nəzarətdə saxlayın: münaqişə və fikir ayrılıqlarından qaçmaq olar.
Qız - Şərait elə də yaxşı deyil. Ancaq siz sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilirsiniz. Bu, bütün çətinliklərin öhdəsindən gəlməyə imkan verir. Həmkarlarınızın öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri gerçəkləşdirməyə başlamaq olar.
Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli olacaqsınız. Yaxınlarınızla səbrli davranın, tənqidlərinə ağız büzüb inciməyin. Bir qədər düşüncəli olun, belədə münaqişədən qaçmaq olar.
Tərəzi - Müsbət tendensiyaların təsiri güclü olmasa da, siz qarşınıza qoyduğunuz məqsədlərə çatacaqsınız. Bu günün yalnız bir ciddi mənfi cəhəti var - istəklərinizə çatmaq asan deyil. Bu isə sizi qorxutmaq əvəzinə ruhlandırır. Tərəfdaşlarınız və həmfikirləriniz isə şəraitə sizin kimi yanaşmırlar. Onları da ruhlandırmağa çalışın.
Səhhətiniz pisləşə bilər. Özünüzü qoruyun, orqanizminizi yükləməyin. Axşama planlaşdırdığınız səfərlər gözlənildiyindən çox vaxt aparacaq. Üstəlik, lazımi nəticəni də almayacaqsınız.
Əqrəb - Xoş ailə tədbirləri gözlənilir. Uzaq qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Valideyn Əqrəblər bir qədər narahatlıq keçirəcəklər, çünki uşaqlarının bəzi çətinlikləri yaranacaq. Sakit əhvalınızı qoruyub saxlayın, uşaqlarınızla dostca davranın və onlara inanın: bir çox problemlərin öhdəsindən onlar özləri gələ bilərlər.
Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun - lazım olmayan sözlərlə başınıza iş aça bilərsiniz.
Oxatan - Maliyyə məsələlərini həll etmək üçün əlverişli gündür. Əgər borcunuzu qaytarmaq, işlərinizi sahmana salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Əmlak bölgüsü ilə problem yaranmayacaq. Qiymətli hədiyyə və sürpriz ala bilərsiniz.
Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün imkanları dəyərləndirin. Siz şəraiti bir qədər "bəzəməyə" meyllisiniz, doğruları görmək istəmirsiniz. Bu gün bununla bağlı elə bir problem olmayacaq, ancaq sonra xoşagəlməz nəticələri ola bilər.
Oğlaq - Bu günlərdə yaranan anlaşılmazlıq və çətinlikləri aydınlaşdırmaq üçün zəhmət çəkməli olacaqsınız. Bunu mümkün qədərilə tez etməyə çalışın, günün ikinci yarısı sizi daha xoş və maraqlı məşğuliyyətlər gözləyir. Pullarla bağlı bütün məsələləri günortayadək həll etmək lazımdır, sonra yüngül bir əhval sizi çənginə alacaq və qənaət etməyinizə imkan verməyəcək.Maraqlı tanışlıqlar mümkündür: yeni hisslər parlaqdır və getdikcə güclənir. Oğlaqların əksəriyyətinin intuisiyası onları yanıldır və çox zaman layiqsiz adamları seçirlər.
Dolça - Tələsmək lazım deyil. Sanki qarşınızda bir neçə qapı var. Onlardan yalnız birindən keçməlisiniz, bu səbəbdən düzgün seçim etmək, yəni perspektivləri aydınlaşdırmaq lazımdır. Ətrafınızda baş verən hadisələri müşahidə edin, intuisiyanıza qulaq verin.
Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəli insanlarla aranız yaxşıdır, emosiyalarla yaşayanlarla isə aranızda ciddi fikir ayrılıqları yaranır. Sizi xüdpəsəndlikdə, etinasızlıqda günahlandıra bilərlər.
Balıqlar - Sakit gündür, əvvəllər başladığınız işləri bitirə bilərsiniz. Yeni layihələrin reallaşdırılması ilə tələsməyin, çox müxtəlif çətinlikləriniz ola bilər. Hamıya qarşı tələbkarsınız, özünüzdən başqa. Bu da həm münasibətlərdə çətinliklərə, həm də işdə səhvlərə yol açır. İkili standartlardan qaçın.
Pul ala bilərsiniz. Sövdələr bağlamağa tələsməyin. Daha yaxşı şəraitin yaranmasını gözləyin. Bunları yaxında sizə təklif edəcəklər. İşgüzar danışıqları qeyri-formal şəraitdə keçirməyə çalışın. Alkoqoldan uzaq durun.
Milli.Az
Xalq şairi Nəriman Həsənzadə ürəyindən əməliyyat olunub
İzmirdə FETÖ əməliyyatı: daha 17 nəfər həbs edilib
Türkiyə kəşfiyyatı iranlı qondarma təşkilat qurucusu və mühafizəçisini zərərsizləşdirib - İraqda
"Lalə Şövkətin oğlu Lalə xanımın adından yalan danışır” - Əvəz Temirxandan Sidqi Şövkətə sərt etiraz gəldi, qalmaqal böyüyür
Deputatın şirkətini cərimələdilər
İlham Əliyev Baş katibi qəbul edib - FOTO
"İsa Qəmbərə 112 manat təqaüd verirlərsə, mənə nə verməlidirlər?” - Partiya sədri pensiyadan gileyləndi, DSMF şəxsi sirri açdı
Hüseynbala Mirələmovun səhhətində problem yaranıb? - "Hazırda Türkiyədə xəstəxanadayam"
Öcalan ev dustaqlığına buraxılır? - Ərdoğan suala belə cavab verdi
Qəzzada 2 ev bombalanıb - 18 fələstinli həlak olub, yaralılar var
"Taliban" Quantanamodakı əfqanların azadlığına çalışır: "ABŞ-a məhbus mübadiləsinə hazır olduğumuzu dedik, lakin..."
MN: "Goranda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək"
Xətaidə 42 yaşlı Seymur Əliyev saxlanılıb - 33 kiloqram narkotiklə
Əli Əsədov qərar imzalayıb
Bərdədə silah satmaq istəyən şəxs saxlanılıb
Məşhur aktyorun adı ilə sensasion dələduzluq: dizayner necə "tora" alınıb? - 830 min "havaya uçub" (FOTO)
Cənubi Koreya prezidenti 7 saatlıq əməliyyatla saxlanılıb - Cangüdənlərlə polis toqquşub
Azərbaycan neftinin son qiyməti açıqlandı
Bakıda icra başçılarına qadağa qoyulub - Nə baş verir?
Dövlət işə qarışdı, dünyanın ən böyük şirkətininn hasil etdiyi qızıllara həbs qoyuldu - Kanada şirkəti bəyanat yaydı
Cəlilabadda əməliyyat: 28 yaşlı rayon sakini tutulub
SEC Maska qarşı iddia qaldırıb - 150 milyonliuq iddianın detalları
Rəsmi Bakıdan ABŞ səfirinin Bəxtiyar Hacıyevlə bağlı sözlərinə reaksiya: "...bu, daha çox siyasi maraqlara əsaslanır”
Gürcüstanın sabiq baş nazirini döyüblər
İsrail Qəzzada xəstəxananı mühasirəyə alıb - Yaralılar var
ABŞ-ın büdcə kəsiri azalıb - Hesabat
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Bakıda şok olay: 34 yaşlı kişi özündən 8 yaş böyük sevgilisini maşınla birlikdə dərəyə yuvarlayıb
“Yüz ilin Naxçıvanı” adlı kitabının təqdimatı keçirilib - FOTOLAR
Rıza Çalımbay getdi, Sergen Yalçının köməkçisi gəldi - Superliqada daha bir dəyişiklik
“QARA YANVAR”ın şahidi Reza Deqati... - TARİXİ FOTOLAR
Məşhur məşqçi 30 illik arvadından boşanıb
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub
Xırdalanda oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
Prezident İlham Əliyev Sazişi təsdiqləyib
Məşhur müğənni yeni sevgilisi ilə görüntülərini yayıb - FOTOLAR
Lənkəranda balıqçılar Xəzərdə itkin düşüb - VİDEO
“Qala Sığorta” ASC müəmması və ya fərqli qİymətlərlə anlaşmalar...
Sabah Bakının bu ərazisində qaz olmayacaq
MEDİA-nın Müşahidə Şurası toplanıb: nələr müzakirə olunub? - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"15 yaşında cavan oğlan kimiyəm" - Hafiz Hacıyev səhhəti haqqında yayılan iddialara belə cavab verdi
Kikboksinq Federasiyası fəaliyyətini dayandırıb
16 yaşlı məktəbli sinif yoldaşını bıçaqladı