Joze Mourinyo: “Avropa Liqasında böyük işlər görə bilərik"

img

14-08-2024 [00:52]


"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Lill"ə məğlub olduqları matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, José Mourinyonun sözlərinə görə, həm Fransada, həm də İstanbulda imkanlardan yararlana bilməyiblər: "Komanda olaraq hər şeyi etdik. Burada böyük fürsətləri əldən verdik. Bu gün yalnız bir komanda qalib gəlməyə layiq idi, ancaq digəri bacardı. Fransada da böyük imkanları əldən verdik. Bu, bizim üçün iqtisadi zərbə idi, amma dürüst olmaq lazımdır: biz Çempionlar Liqasını heç vaxt qazana bilməzdik. Bir və ya iki komandanı mübarizədən kənarlaşdıra bilərdik, ancaq finala qədər gedə bilməzdik. Avropa Liqasında isə böyük işlər görə bilərik. İndi diqqətimizi Super Liqaya yönəldəcək və Avropa Liqasında daha hazırlıqlı olacağıq"

Fərid Aslan

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR