"Temu" və "Trendyol"dan müştərilərin şikayətləri artıb - Nə etməli?
13-08-2024 [17:27]
"Temu" və "Trendyol"dan müştərilərin şikayətləri artıb. Belə ki, sifariş verilən mallar ya istənilən formada gəlmir, ya da heç gəlmir. Bir çox müştəri isə gömrük və karqo şirkətləri ilə problem yaşayır.
Bəs bununla bağlı müştərilər hara şikayət edə bilərlər?
Mia.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Redaktor.az-ın sorğusuna cavab olaraq bildirildi ki, istər “Trendyol” saytı, istərsə də “Temu” saytı üzərindən birbaşa Azərbaycana çatdırılma üsulu ilə malların sifariş verilməsi zamanı yaranmış münasibətlər xarici elementli olduğundan, tətbiq olunmalı hüquq normalarının müəyyən edilməsi “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən, tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir.
"Həmin Qanunun tələbinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi, müqavilənin təfsiri, icrası, icra edilməməsi, xitamı, lazımi qaydada icra edilməməsinin və etibarsızlığının nəticələri, habelə müqavilə ilə əlaqədar tələbin güzəşti və borcun köçürülməsi tərəflərin razılığı ilə seçilən ölkənin hüququ ilə tənzimlənir.
Daşıma şirkətlərinin xidmətlərindən istifadə edilməklə verilən sifarişlərlə bağlı yaranan münasibətlərə isə ölkədə qüvvədə olan qanunvericilik normaları tətbiq edilir. Belə ki, əgər sifariş olunan mal itirilmiş, yaxud məhv olmuşdursa, onun tam dəyərini daşıyıcı ödəyir və əgər mal daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra 3 (üç) ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş hesab edilir. Lakin daşıyıcı malın itirilməsi və ya məhvinin risk məlum olsa da, yükün xarakteri və ya nəqliyyat vasitəsinin birbaşa təyinatı, yük göndərənin və ya yük alanın təqsiri və ya göstərişi, həmçinin daşıyıcının lazımi vicdanlılığı şəraitində qarşısı alınması mümkün olmayan hallar nəticəsində baş verdiyini sübuta yetirərsə, məsuliyyəti aradan qalxır. Qanunvericiliyin tələbindən göründüyü kimi, belə vəziyyətdə sübutetmə yükü daşıyıcının üzərindədir.
Qanunvericiliyin tələbinə görə, bağlamanın lazımi şəkildə qablaşdırılmasını satıcı mağaza təmin etməlidir və o, qablaşdırmanın zahirən görünməyən qüsurları üçün məsuliyyət daşıyır. Daşıyıcı isə qeyd-şərtsiz daşımaya qəbul etdiyi bağlamanın zahirən görünən qüsurlarının nəticələri üçün məsuliyyət daşıyır.
Bundan başqa, icraçı tərəfindən göstərilən xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxılmalara yol verilərsə, yaxud başqa mühüm qüsurlar olarsa, istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verə bilər. Həmin müddətdə də xidmət yerinə yetirilməzsə, istehlakçının müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.
Həmçinin icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, xidməti pisləşdirmişsə, yaxud xidmətdə başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya xidmətin qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud xidmətin haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.
İstehlakçılar yuxarıda göstərilən hallarla rastlaşdıqda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində “Ərizə, şikayət, təklif” bölməsi, elektron poçt (office@competition.gov.az) və ya 195-1-4 Çağrı Mərkəzi vasitəsilə müraciət edə bilərlər", - deyə məlumatda qeyd edilib.
Mövzu ilə bağlı İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ilə də əlaqə saxladıq.
Agentlik tərəfindən bildirildi ki, telekommunikasiya və poçt sahəsində tənzimləyici qurum olan İKTA tərəfindən telekommunikasiya sahəsində xidmət keyfiyyətinin yaxşılaşdırılması və vətəndaş müraciətlərinin tənzimlənməsi məqsədilə 2023-cü ilin noyabrında “E-Şikayət” sistemi yaradılıb. 2024-cü ilin may ayından etibarən platformanın imkanları daha da genişləndirilib və vətəndaşlara poçt (karqo) xidmətlərinə görə şikayət etmək imkanı yaradılıb:
"Universal və sürətli poçt rabitəsi xidmətlərindən istifadə edən vətəndaşlar qeyd edilən platforma üzərindən xidmətindən narazı qaldıqları poçt rabitəsi operatorlarına və tənzimləyici quruma müraciət edə bilərlər.
Bunun üçün istifadəçilər müvafiq link vasitəsilə “E-Şikayət” sisteminə daxil ola bilərlər. İstifadəçilər “İdentifikasiya nömrəsi ilə” bölməsinə daxil olduqdan sonra avtomatik olaraq “Abunəçi” səhifəsinə yönləndirilirlər. Daha sonra isə vətəndaşlar şikayətlərini onlar üçün avtomatik yaradılmış “Abunəçi kabineti”ndən müraciət etmək istədikləri poçt rabitəsi operatoruna yönləndirirlər. Vətəndaşlar qanunvericiliyə uyğun müəyyən edilmiş müddət ərzində verilən cavabdan razı qalmazlarsa, tənzimləyici qurum olan İKTA-ya ünvanlamaq imkanı əldə edirlər.
Eyni zamanda onu da qeyd edək ki, bu günə qədər sistem üzərindən telekommunikasiya operator və provayderlərinə, o cümlədən poçt rabitəsi operatorlarına 1400-ə yaxın müraciət daxil olub. Onlardan 40-a yaxını poçt rabitəsi operatorlarındandır".
Ağstafada dönərdən kütləvi zəhərlənmə - SİYAHI (YENİLƏNİB)
Kanada ABŞ-dan şikayət edib - ÜTT-yə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan Putinin "ikibaşlı açıqlaması"na reaksiya: "Ondan "hə" gözləyirdim, tezliklə görüşmək lazımdır"
Zelenski Ərdoğanın Kiyevə səfərə hazırlaşdığını dedi: "Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırıq"
Ermənilər Bakıda məhkəmə zalında: "Əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə..."
Bakıda XII Qlobal Bakı Forumu: İLHAM ƏLİYEV MÜHÜM MESAJLAR VERDİ - ÇIXIŞ + FOTOLAR (YENİLƏNİB)
Osimhen müsahibə verdi: ""Qalatasaray"da çempion olacağıq"
PUTİN TRAMPA TƏŞƏKKÜR ETDİ: "Kurskdakı Ukrayna əsgərlərinin iki seçimi var, ya təslim olacaqlar, ya da..."
4 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə isə töhmət verilib
Hakan Fidan, Yaşar Gülər və MİT başqanı Suriyada - FOTO
Yevlaxda iki nəfər bıçaqlanıb - 17 yaşlı oğlan ölüb, 18 yaşlı isə...
İsrail MN rəhbəri Suriya prezidentini hədələdi: "Başının üzərində təyyarələrimizi tez-tez görəcək"
Prezident İlham Əliyev BMT rəsmisini qəbul edib (Yenilənib)
ERMƏNİSTANLA SÜLH SAZİŞİ... - Ceyhun Bayramov qarşı tərəfin açıq qalan iki maddəni də qəbul etdiyini dedi (Bəyanat)
Ermənistan XİN Ceyhun Bayramovun sözlərini təsdiqlədi: "Sülh sazişinin imzalanma vaxtı və yeri..."
Fransaya casusluqda şübhəli şəxs məhkəmədə faktları sadaladı: "Bakıya gələndə konkret işim yox idi, amma..."
Rəsmi Moskvadan Ukrayna ilə bağlı mühüm mesaj: "Məqsədimiz müvəqqəti atəşkəs deyil..."
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Məşhur tort və şirniyyat şirkətinin məhsullarında zərərli yağ aşkarlandı - "Azza" "ilişdi" + FOTO
İcra Hakimiyyətinin şöbə müdiri həbs edildi - Şok ittihamla
"Unibank" kartlarından nağdlaşdırma: faizlər artırılıb
İsrail Suriyanın paytaxtını bombalayıb - Hara vurulub?
İsrail İordan çayının qərb sahilində daha 25 fələstinlini saxlayıb
İlham Əliyev ÜST rəhbərini qəbul edib (Yenilənib)
Cənubi Koreyada hərbi pilotlara cinayət işi açılıb - Səhvən başqa yeri bombalayıblar, 31 yaralı var
Bakıda Azərbaycan və Albaniya prezidentlərinin görüşü olub - Nələr müzakirə olunub?
ERMƏNİSTAN SAVAŞA HAZIRLAŞIR? - 3 detal var (TƏHLİL)
Sığınacaqda qalan qıza imtahana girməyə problem yaradılıb - Mehriban Zeynalova həyəcan təbili çaldı
Putinin sözçüsündən Tramp və Zelenskiyə tərs sillə: "İlhaq olunan Krım, Sevastopol, Xerson, Zaporojya, Donetsk və Luqansk Rusiyanındır, bu, dəyişməzdir"
Rusiya ordusu Kurskdə bir rayonu hava zərbələri ilə yox edib - Ukrayna açıqlama yaydı
Ali Məhkəmə daha bir mübahisəli vəziyyət üzrə vahid qərar verdi - İcarə müqavilələri ilə bağlı
PUTİN NİYƏ HƏRBİ FORMA GEYİNDİ? - Peskov suala belə cavab verdi
“Ulduz” jurnalının mart sayı çapdan çıxıb - FOTO
AFFA bu klubları cəzalandırdı - SİYAHI
Axtarışda olan daha bir nəfər Azərbaycana gətirilib
Rəsmi Bakı: "Rusiya-Ukrayna müharibəsi..." - "Türk Dövlətləri Təşkilatı da bölgədə yeni reallıqdır"
Hikmət Hacıyev Forumda: "Əas müzakirə olunan məsələlərdən biri yeni dünya düzəni və..." (Yenilənib)
Prezident nazir müavinləri barədə sərəncam imzalayıb - Dəyişiklik
Bakıda əməliyyat: 6 nəfər tutulub