Türkiyə çempionu hansı komanda olacaq? - İlk turdan sonra maraqlı proqnoz  yayıldı

img

13-08-2024 [12:17]


Futbol proqnozu üzrə ixtisaslaşan "Euro Club Index" Türkiyə Super Liqada 2024-25 mövsümü üçün çempionluq və liqanı tərk edəcək komandalarla bağlı ilk proqnozunu açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hər həftə çempionluq proqnozlarını yeniləyən saytın hesablamasına görə, "Fənərbağça" bu mövsümü çempion olaraq tamamlayacaq. 

"Qalatasaray" isə onun 2 xal gerisində ikinci, 76 xalla "Beşiktaş" isə 3-cü olacaq.

Proqnoza əsasən, "Qaziantep FK" mövsümü 29 xalla sonuncu pillədə başa vuracaq. Aşağı liqaya düşəcək digər komandaların 34 xalla "Adana Dəmirspor", 34 xal toplayan “Göztepe” və 35 xalla Bodrum FK olacağı proqnozlaşdırılır.

Beləliklə, Super Liqanın ilk 5-liyi isə aşağıdan yuxarı belə bitəcəyi iddia olunub:

5. Başakşehir: 66 xal (1 faiz çempion olmaq şansı)

4. Trabzonspor: 66 xal (1,1 faiz çempion olmaq şansı)

3. Beşiktaş: 76 xal (6,3 faiz çempion olmaq şansı)

2. Qalatasaray: 91 xal (39,9 faiz çempion olmaq şansı)

1.  Fənərbağça": 93 xal (51,5 faiz çempion olmaq şansı)

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR