"Fitch" İsrailin kredit reytinqini aşağı salıb - Səbəblər açıqlandı

img

13-08-2024 [10:54]


İsrailin Qəzzada törətdiyi qırğınlar da ölkə iqtisadiyyatına mənfi təsir göstərir. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings İsrailin kredit reytinqini "A+"dan "A"-a endirib.

"Fitch"in açıqlamasına görə, ölköənin proqnozu isə mənfi qiymətləndirilir.

Açıqlamada reytinqin endirilməsinin Qəzzada müharibənin davam etməsi, geosiyasi risklərin artması və hərbi əməliyyatların bir çox cəbhədə təsiri qabardılıb.

Bəyanatda qeyd olunub ki, münaqişə insan itkiləri ilə yanaşı, əhəmiyyətli əlavə hərbi xərclər, infrastrukturun dağılması və iqtisadi fəaliyyətə və investisiyalara uzunmüddətli ziyan vurması ilə nəticələnə bilər və bu da İsrailin kredit göstəricilərinin daha da pisləşdirəcək.

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq