ABŞ Türkiyədən yardım istəyib: "İrani sakitləşdirin"

img

13-08-2024 [09:51]


HƏMAS lideri ilə "Hizbullah"ın ikinciu şəxsinin öldürülməsindən sonra İranın İsrailə əsk zərbə endirəcəyi ehtimalı Yaxın Şərqdə gərginliyi daha da böyüdüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, belə bir anda Ağ Ev və Pentaqon bu həftə İranın İsrailə zərbələr endirəcəyi ehtimalını yüksək sayıb.

Məlumata görə, İranın gözlənilən hücumu etməməsi üçün ABŞ diplomatik səylərini də artırıb.

ABŞ-ın Ankaradakı səfiri Ceff Flake səlahiyyətinin bitməsinə az qalmış Ankarada bir qrup jurnalistə verdiyi müsahibədə ABŞ-ın Türkiyə və İranla əlaqələri olan digər müttəfiqlərindən gərginliyin səngidilməsi üçün yardım istədiyini deyib.

Səfir bildirib ki, ABŞ Türkiyə və digər müttəfiqlərindən "İranı sakitləşdirməyi" xahiş edib: "Biz İranı gərginliyi azaltmağa razı salmaq üçün müxtəlif kanallarla işləyirik. Bu kanallardan biri də Türkiyədir..."

Yeri gəlmişkən, Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi deyib ki, İranın İsrailə qarşı mümkün cavab tədbirləri bu həftə baş verə bilər. 

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq