"Lill"in müdafiəçisi: "Türk azarkeşlər çox tez komandalarından üz döndərirlər"

img

13-08-2024 [00:22]


Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin revanşında bu gün "Fənərbağça" ilə qarşılaşacaq "Lill"in müdafiəçisi Tomas Menye iddialı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Fənərbaxça"nın fiziki cəhətdən güclü komanda olduğunu bildirən təcrübəli futbolçunun sözləerinə görə, bua baxmayaraq, təmsil etdiyi komandanın üstün tərəfinin daha çox olduğunu iddia edib: ""Fənərbağça"nın Tadiç və En-Nesyri kimi təcrübəli oyunçuları var. Əgər Joze Mourinyo o klubla anaşırsa, demək ki, bu klubla nəsə qazana biləcəyini bilir. Asan matç olmayacaq. "Fənərbaxça"nın, əlbəttə, güclü tərəfləri var. Amma onların bizdən güclü olduğunu düşünmürəm. Növbəti mərhələyə yüksəlmək şansımız 1000 faizdir".

Türk azarkeşlərin stadionlarda çox çılğın olduğunu da xatırladan "Trabzonspor"un sabiq müdafiəçisi deyib ki, bunu öz lehlərinə çevirə bilərlər: "Türklər çılğın azarkeşləri ilə tanınırlar. Bununla belə, türk azarkeşlər çox tez komandalarından üz döndərə bilirlər. Bunun dəfələrlə şahidi olmuşuq, buna görə də biz əsas diqqəti öz oyunumuza yönəltməliyik. Biz qorxmadan oynamalı və rəqibin müqavimətini mümkün qədər tez qırmalıyıq. Bundan sonrasını türk azarkeşlər edəcək..."

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR