Parlament seçkiləri: 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib

img

12-08-2024 [18:06]


Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ATƏT DTİHB müşahidəçilərinə müraciət edib.

Mia.az xəbər verir ki, müraciət qurumun avqustun 12-də keçirilən iclasında səsləndirilib.

MSK sədri deyib ki, əgər çatışmazlıqlar haqqında məlumat verilməsə, çatışmazlıq olmayıb kimi qəbul ediləcək.

Onun sözlərinə görə, parlament seçkiləri ilə əlaqədar 50 mindən çox yerli müşahidəçi qeydiyyatdan keçib. M.Pənahov vurğulayıb ki, partiyalar siyahıları təqdim etdikdə bu say 90 mini keçəcək.

Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 267 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb. Beynəlxalq müşahidəçilər 29 qurum və 47 ölkəni təmsil edir(Report).


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq