Buzovnada dənizdə iki nəfər boğulub

img

12-08-2024 [16:17]


Bakıda dənizdə batan iki nəfərin meyiti tapılıb.

Mia.az FHN-ə istinadla xəbər verir ki, avqustun 12-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 800 m aralı, nəzarətsiz ərazi) 2 nəfərin batması ilə əlaqədar aparılan axtarış işləri yekunlaşıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirlər nəticəsində batan şəxslərin meyiti dalğıc-xilasedicilər tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.09.2024

Sabah yağış yağacaq