Türkiyə Afrikanın iki ölkəsi arasında yaranan gərginliyi həll edir - Ankarada danışıqlar başlayıb

img

12-08-2024 [15:28]


Türkiyə Xarici işlər naziri Hakan Fidan Ankarada Efiopiyanın xarici işlər naziri Taye Atske Selassie və Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əhməd Muallim Fiqi ilə bu gün Ankarada görüşüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında toqquşma həddinə çatan gərginlik və barışıq yolları müzakirə edilib.

Məlumata görə, Somalı prezidentinin Prezident Ərdoğana "Bizi barışdırın" xahişindən sonra iki ölkə rəsmiləri Ankarada bir araya gətirilib: "Hər iki ölkənin heyətləri Ankarada artıq danışıqlara başlayıb. Tərəflər daha sonra Ərdoğan tərəfindən qəbul olunacaq".

Lamiyə Əhmədli

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:35 15.10.2024

Sabah yağış yağacaq