Sumqayıtda daha bir qətl: 26 yaşlı şəxs qardaşının 23 yaşlı arvadını öldürüb

img

09-08-2024 [13:03]


Sumqayıtda 23 yaşlı qadın öldürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a bildirilib ki, avqustun 9-da saat 12:30 radələrində Sumqayıt şəhəri ərazisində 2001-ci il təvəllüdlü Cəmilə Mirzəcanovanın kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

"Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən qadının qaynı 1998-ci il təvəllüdlü İsrail Rəsulov saxlanılıb.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib"- deyə məlumatda qeyd edilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR