Zahid Oruc Zəfər meydanından başladı: "Xocalı abidəsindən Qələbə muzeyinə..." - FOTOLAR
09-08-2024 [12:36]
7-ci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərin təbliğat-təşviqat mərhələsi bu gündən başlanır.
İlk növbədə, qlobal təhlükəsizlik və regional geosiyasi təhlükələrin yaratdığı risqləri gündəlik rejimdə izləyən dünya və Azərbaycan insanı üçün ölkədaxili siyasi münasibətlər sistemində başlıca rəhbər prinsip dünya və yerləşdiyin bölgədə getdikcə artan hərbi toqquşmaların, coğrafiyası böyüyən dağıdıcı müharibələrin mənfi təsirindən qorunmaq, milli və vətəndaş həmrəyliyini təmin etməkdir.
Hakimiyyət uğrunda istənilən siyasi mübarizə məhz bu prinsipi əldə əsas götürməlidir.
Azərbaycanın müstəqilik tarixində formalaşan ilk Parlament hələ təməlləri yenicə atılan milli dövlətçiliyi kökündən sarsıdan, silahlı hərbi birləşmələrin, separatçı qüvvələrin, iqtisadi mənafe qruplarının, o cümlədən etnik qarşıdurmlara rəvac verən aşırı ideoloji-siyasi baxışların toqquşduğu bir məkan idi. 1990-cı ildən ötən 34 il ərzində keçilən yol tələb edir ki, 2024-cü ildə qanunverici hakimiyyyətin qurulması, Parlamentin gələcək obrazı ən ümdə prinsipi Vətən müharibəsində parlaq Qələbəmizi qoruyub saxlamaq və onu xarici təhlükələrdən hifz etməkdir. Ona görə də hazırda bütün partiya, hərəkat və fərqli sosial qrupların bir-biriylə uzlaşmayan istək və tələbələri məhz təhlükəsiz Azərbaycan idealında birləşir, hamının mənafelərinə cavab verir.
Torpaqlarımızın işğalına səbəb olan və bütün partiyaların siyasi meydana gəlməsinin əsasına çevrilən itirilmiş Qarabağ səhifəsinin qapandığı və bütövlük, qalibiyyət əsrinin başlandığı 2024-cü ildə Zəfər Parlamanti ideyası ilə çıxış edən müstəqil namizəd Zahid Oruc seçki mübarizəsinə, “parçalanmalara və daxili toqquşmalara yol verməyən, yalnız xalqın maraqlarına söykənən və konkret ərazidə yaşayan əhalinin ümdə arzularını yerinə yetirən taleyüklü mərhələ” kimi dəyərləndirir.
Seçki Platformasını Xüsusi buraxılışla seçicilərə çatdırmaq üçün qanunvericiliklə müəyyənləşmiş yerlərdə görüşləri və birbaşa təmasları əsasında namizədin gələcək təsilçisi olmağa çalışdığı Xətai rayonunda 8 noyabr Qələbəsindən sonra prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən verilən qərarla bir vaxtlar Xocalı abidəsi ətrafında səfərbər olunan bir millətin 44 günlük müqəddəs müharibənin qəhrəmanlığının əbədiləşdirildiyi, simvollaşdırıldığı tarixi bir ünvana çevrilməsi hər vətəndaş, o cümlədən xalq təmsilçilərindən ötrü bir nömrəli ehtiram və ziyarət ünvanı olmalıdır.
Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılan abidə-kompleksi qarşısında bir qrup xətaili gənc və siyasi həmfikirlə toplaşaraq, əsas siyasi idalını və proqramını növbəti dəfə seçicilərə nümayiş etdirən Zahid Oruc xüsusilə yeni nəslə güvəncini və inamını ifadə etdi.
Qələbəmizi qanı və canı ilə qazanan gəncliyin indi qalib dövlətdən gözləntilərinin daha da artdığını hakimiyyət oqranları üçün mühüm çağırış adlandıran namizəd çoxsərlik savaşın millətiizin xeyrinə həll olunduğu kimi, bütün daxili problemləri də çözməyə qadir olduğumuzu qətiyyətlə söylədi.
Müxtəlif ali məktəbləri və peşələri təmsil edən, hazırda əmək fəaliyyətlərini fərqli sahələrdə davam etdirən gənclər namizədlə fərdi görüşdən məmnuniyyətlərini ifadə etdilər, arzu və istəklərini, daimi əməkdaşlıq platformaları və birgə çalışmaların yollarını dilə gətirdilər.
Xətai rayonun həyatında baş verən inkişaf və dəyişiklikləri qürurla qeyd edən görüş iştirikaçıları, eyni zamanda, karyera quruculuğu, müxtəlif dövlət xidmətlərindən faydalanmaq üçün qarşılaşdıqları maneələr, işsilzik problemləri, şəhər infrastukrurunun yenilənməsi zamanı mülkiyyət hüquqlarının qorunmasının vacibliyi, şəhid ailələri və qazilər dövlət protokolunda birinci sırada nəzərə alınması və digər mühüm təkliflərini irəli sürdülər.
Qaldırılan əksər məsələrə dair müvafiq cavablar verildi, gələcək vəzəfilərin və öhədiliklərin sırasında onların xüsusi yer tutacağına əminlik ifadə olundu.
31 saylı Xətai birinci seçki dairəsindən namizəd Zahid Orucun Seçki Qərargahı
MİA.AZ
Natiq Cəfərli: "Dolların hegemonluğu üçün təhlükə yoxdur"
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri həbsxanada İmamoğlu ilə görüşdü: "Keyfi əla idi"
Rövşən Rüstəmovdan daha bir dəyişiklik - Təyinat
İrandan Azərbaycana PUA ilə narkotiki keçirmək istəyənlər saxlanılıb
Millətlər Liqası: Türkiyə səfərdə Macarıstana şans vermədi
Əkrəm İmamoğlu və daha iki bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı
Sabahın hava proqnozu açıqlanıb
ƏKRƏM İMAMOĞLU HAQDA HƏBS QƏRARI VERİLDİ - Terror ittihamından isə "yaxasını qurtardı"
İlham Əliyev Pakistan Baş nazirinə məktub göndərdi - MƏTN
"Mirzoyanın iddiaları tamamilə əsassızdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan millisi Haitiyə uduzub - VİDEO (Yenilənib)
Əli Kərimlinin mühafizəçisi saxlanıldı - Bıçaqlanma ittihamı
Pois Bakıda evdən qaçan 3 qızı axtarır - Birinin anası müğənnidir
Amerika İranı niyə vurmur? - İran alınmaz qaladır: 3 tərəfi dağ, 1 tərəfi okean (TƏHLİL)
AMEA-nın müxbir üzvü, professor, məşhur "91-lər"in üzvü... - Bu gün Novruz Quliyev üçün əlamətdar gündür
Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub
Bakıda lombarda basqın: 30 yaşlı Savalan Balabəyli saxlanıldı
Jurnalist Etibar Cəbrayıloğluya ağır itki üz verib
Jurnalist Mübariz Zeynalovun oğlu vəfat edib
Azərbaycan nefti cüzi bahalaşdı
Kamal Kılıçdaroğlundan erkən qurultay qərarına operativ reaksiya: "CHP təslimalınmaz bir qaladır..."
İsrail ordusu Suriyanın iki hərbi bazasını bombalayıb
Gəncədə 31 yaşlı kişi küçədə bıçaqlanıb
BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib
Dost adıyla zəng və pul tələsi... - DİN əhaliyə xəbərdarlıq etdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Novruz bayramını belə qeyd etdi - VİDEO, FOTO
Əkrəm İmamoğlu istintaqda 28 suala cavabdan yayınıb
CHP erkən seçki qərarı verdi
QAR UÇQUNUNA DÜŞƏN ƏSGƏRLƏRİMİZİN NƏŞİ TAPILDI - MN və FHN birgə məlumat yaydı (YENİLƏNİB)
"Cənab Prezident, Əziz Qardaşım..." - Ərdoğan Azərbaycan prezidentinə belə məktub göndərdi
DAHA BİR QHT RƏHBƏRİ HƏBS OLUNDU - Məhkəmə qərar verdi
Putin İlham Əliyevi təbrik edib - MƏTN
"Ermənistan mövcud çətinlikləri aradan qaldıran zaman..." - Rəsmi Bakıdan İrəvanın iddialarına etiraz gecikmədi
Sabahın hava proqnozu açıqlanıb
DTX-dən mühüm əməliyyat: deputata sui-qəsd cəhdilə bağlı daha bir nəfər həbs olunub
Sərhəddəki mövqelərimiz növbəti dəfə atəşə tutulub - MN açıqlamalar yayıb (YENİLƏNİB)
Azərbaycan nefti bir dollardan çox qalxdı
Bu bölgələrə qar yağıb - SİYAHI
Ağsuda zəlzələ oldu
Bu gün Beynəlxalq Novruz Günü elan olunub
UEFA Millətlər Liqası: Türkiyə yığması qalib gəldi
NƏNƏM MƏNƏ "HƏKİM QIZIM" DEYƏNDƏ...