Rusiya ərazisində döyüş şiddətlənir: "Bu gecə Rusiya hərbi karvanı da darmadağın edilib" - Politoloqdan açıqlama

img

09-08-2024 [11:24]


"Bu gecə Kursk vilayətinin Rılsk şəhəri yaxınlığında Rusiya hərbi karvanı darmadağın edilib. Yyaılan videoda çoxlu əsgər meyitləri görünür. Bunlar irəliləyən Ukrayna ordusunun qarşısını almağa göndərilən qüvvədir".

Mia.az xəbər verir ki, bu məlumatı politoloq Şahin Cəfərli sosial çmedia hesabında yazıb.

 Onun sözlərinə görə, bundan əlavə, Lipetsk hərbi aerodromuna uğurlu dron hücumu həyata keçirilib, nəticədə aviabombaların saxlanıldığı böyük sursat anbarı partladılıb:

ŞAHİN CƏFƏRLİ

"Bu haqda yayılan videodan görünür ki, partlayış o qədər güclü olub ki, ətraf 4 kəndin sakinləri köçürülüb. Hərbi təyyarələrin zərər çəkib-çəkmədiyi hələ ki məlum deyil. Bu, peyk fotoları ilə ortaya çıxacaq.

Xatırladaq ki, avqustun 3-də Rostov vilayətindəki Morozovsk aviabazasına dron hücumu nəticəsində böyük sursat anbarı partladılmış, 1 ədəd Su-34 məhv edilmiş, 2 təyyarə zədə almışdı".

Ş.Cəfərli daha sonra Baydenin müşaviri Sallivanın sözünü xatırladıb: "ATACMS raketləri ilə Rusiya ərazisinə zərbə endirmə qadağasının davam etdiyi bir şəraitdə Ukrayna nəhəng düşmənə qarşı məhdud imkanlarla böyük işlər görür".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR