Həbsdə olan sabiq deputat infarkt keçirib, yoxsa? - Vəkil "hə", nazirlik "yox" deyir (Yenilənib)

img

09-08-2024 [17:07]


Ədliyyə Nazirliyi sabiq deputat Hüseyin Abdullayevin səhhəti ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda onun avqustun 2-də ürək nahiyəsində olan narahatçılıqla bağlı Bakı istintaq təcridxanasının tibb sanitariya hissəsinə müraciət etdiyi qeyd olunub: "Həkim-kardioloq tərəfindən müayinə aparılıb, həmçinin, ürəyin elektrokardioqrafiyası, daha sonra isə exokardioqrafiyası müayinəsi nəticələrinə əsasən miokard infarkt keçirməsi təsdiqlənməyib. H.Abdullayevin səhhəti həkim nəzarətindədir."

***

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayev infarkt keçirib.

Mia.az xəbər verir ki, məlumatı "Report"a onun keçmiş vəkili Rəsul Cəfərov təsdiqləyib.

Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınıb.

Hökmə əsasən, H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR