Prezident İlham Əliyev Qazaxıstanda: "Dünyada artan təhdid və çağırışlar..." - Mühüm mesajlar verildi (ÇIXIŞ + FOTOLAR) - Yenilənib
09-08-2024 [14:03]
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edib.
Mia.az xəbər verir ki, Azərbaycan Prezidenti tədbirdə çıxış edib:
- Hörmətli Kasım-Jomart Kemeleviç.
Hörmətli dövlət başçıları.
Əziz dostlar.
İlk növbədə, Mərkəzi Asiya Dövlət Başçılarının görüşündə fəxri qonaq qismində iştirak üçün dəvətə görə Qazaxıstan Prezidentinə təşəkkür etmək istərdim.
Ötən il mən Tacikistan Prezidenti Emoməli Şaripoviç Rəhmonun dəvəti ilə Düşənbədə keçirilən Sammitdə iştirak etmişəm.
Azərbaycanın bu görüşlərə dəvət olunması ölkələrimiz arasında mövcud dostluq, qardaşlıq münasibətlərindən və inkişaf etməkdə olan əməkdaşlıqdan xəbər verir.
Bu, son iki ildə mənim Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan həmkarlarım Azərbaycanı ümumilikdə 15 dəfə ziyarət ediblər.
Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.
Ermənistanın işğalından azad edilmiş Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir.
Ermənistan tərəfindən təxminən 30 illik işğal dövründə bu ərazilərdə 9 şəhər və yüzlərlə yaşayış məntəqəsi məhv edilib. İşğaldan azad olunmuş ərazilərdə hazırda genişmiqyaslı bərpa işləri aparılır və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı davam edir.
Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olub. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirilib. Bu qardaşlıq dəstəyinə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürümü bildirirəm.
Dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusilə vurğulamaq istərdim. Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir.
Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
Qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsində əməkdaşlıqdır. Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır.
Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb.
Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir.
Azərbaycan və Mərkəzi Asiya ölkələri beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər. Bu xüsusda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nı qeyd etmək istərdim. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş, SPECA-nın 25 illiyinə həsr olunmuş Zirvə görüşünün nəticələri əməkdaşlığımızın praktiki inkişafı baxımından əhəmiyyət kəsb edir. SPECA-nın Bakıda keçirilən Sammitində iştirak etdiklərinə görə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentlərinə bir daha təşəkkür edirəm.
Azərbaycan beynəlxalq ictimaiyyətin yekdil dəstəyini qazanaraq bu ilin noyabr ayında COP29 iqlim konfransına ev sahibliyi edəcəkdir.
Azərbaycan COP29-a sədrliyi çərçivəsində regionumuzda iqlim dəyişmələri ilə bağlı problemlərin həlli üçün Mərkəzi Asiya ölkələri ilə birgə təşəbbüsləri dəstəkləməyə hazırdır.
Mən artıq Mərkəzi Asiya ölkələrinin prezidentlərinə rəsmi dəvət məktubları göndərmişəm və noyabrda Bakıda yenidən görüşməyimizə şad olaram.
Diqqətinizə görə təşəkkür edirəm.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün avqustun 8-də Qazaxıstana səfərə gəlib.
Mia.az xəbər verir ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Qazaxıstanın Baş naziri Oljas Bektenov və digər rəsmi şəxslər qarşıladılar.
***
Avqustun 8-də Qazaxıstanın paytaxtı Astanada dövlət başçılarının qeyri-rəsmi şam yeməyi olub.
Mia.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
"Real Madrid" Karlo Ançellotti ilə yollarını ayırdığını açıqlayıb
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi
MHP sədrindən "namizəd olmayacam" deyən Ərdoğana mesaj: "Türkiyənin sənə ehtiyacı var, geri çəkilə bilməzsən..."
Mərkəzi Bankın valyuta ehtiyatları artıb, qızıl isə azalıb - Hesabat
Dövlət Agentliyi, MSK, ƏƏSMN... - Bu qurumların istismar müddəti bitmiş xidməti maşınları satışa çıxarıldı
Qurban bayramı: 126 ünvanda heyvan satışı və kəsimi olacaq - SİYAHI
İcra başçısı məktəb direktorunu özünə müavin təyin etdi
Lalə Şövkətin oğlu: "O, heç vaxt öz görüşləri haqqında danışmır" - "Qarşıda çox xoşagəlməz hadisələr ola bilər"
Növbəti iki gündə güclü külək əsəcək - Xəbərdarlıq
Hücumçu "Fənərbağça"dan ayrılır - Azarkeşlərə görə
Lavrov: Azərbaycanla Ermənistan arasında sazişə dəstək verməyə hazırıq" - “Ermənistanla Türkiyə arasında..."
Rusiya XİN başçısı Vatikana "yox" dedi: "Ukraynaya Zelenskinin qanunları ilə yaşamağa imkan verməyəcəyik"
Kənd təsərrüfatı subsidiyaları: güzəştli kreditlər, lizinq mexanizmləri və... - İlham Əliyev dəyişikliyi təsdiqlədi
İndoneziyada 5,7 bal gücündə zəlzələ olub - 100-dən çox ev dağılıb
Məhkəmə tiktoker Vüqar Zeynalzadə haqqında qərar verdi - Həbs qətimkan tədbirinin müddəti uzadılıb
QARABAĞA NÖVBƏTİ KÖÇ OLUB
Ərdoğan "Aşkım" dediyi şəhərdə uduzur - Sorğu
Deputatar nə vaxt toplanacaq? - Spikerdən açıqlama
İsrail ordusu Qəzzada 75 məntəqəyə havadan zərbə endirib
Yunanıstanda əhali qorxuya düşüb - İçməli suda uran aşkarlanıb
“Yaşayış minimumu haqqında” qanuna dəyişib
Dövlət qulluğu haqda qanun dəyişdi
Sabah yağış yağacaq
Həsən Həsənov M360 Eurasia 2025-də rəqəmsal inkişafda tərəfdaşlıqların əhəmiyyətindən danışıb
Bir qrup israilli fələstinlilərin evlərini yandırıb
İran prezidenti İlham Əliyevə məktub göndərdi: "Ortaq tariximiz, qırılmaz bağlarımız..."
DİM sədri tənqidçilərini "topa tutdu": "Vicdanlı olun, bilmirəm sizə ekspert adını kim verib, hansı ali məktəb bitiribsiniz...”
Azərbaycanla Pakistan arasındakı daha bir saziş təsdiqlənib
Merkeldən xəbərdarlıq: "Bu, olmalıdır, yoxsa Avropa məhv olacaq"
Əli Əsədov sığorta haqqında qərar imzalayıb
Prezident İlham Əliyev DİN başçılarını qəbul edib: "Zirvə görüşü zamanı önəmli qərarlar qəbul ediləcək" - FOTOLAR (YENİLƏNİB)
Türkiyə ordusunda FETÖ əməliyyatı: 56 hərbçi saxlanıldı
Alman turist İtaliyada tarixi əsəri oğurlayıb
Naxçıvanda kimin səlahiyyəti azaldılacaq? - Ali Məclislə Xüsusi nümayəndə arasındakı ikili idarəçilik problemi həll olunur
“Expressbank”la bağlı qalmaqal - Məhkəmə işi
Azərbaycan nefti 66 dollara endi
Bakıda daha 3 məktəb direktoru vəzifədən azad edilib
Avropa ölkəsi pensiya yaşını 70-ə qaldırır - Etirazlar var