Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
04-08-2024 [00:09]
Qoç - İntellektual və enerji səviyyənizin yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın.
Hadisələrin ən uğursuz məcrasına hazır olun.
Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin. Romantik görüşü ertələyin.
Sabaha indidən hazırlaşın.
Buğa - Situasiyanı sizə gərəkli istiqamətdə inkişaf etdirmək üçün stereotiplərdən qurtulun. Qarşı tərəfin əhvalını anlayın, emosiyaları hiss edin. Durum qəflətən dəyişə bilər.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün lazımi vasitələrdən istifadə edin.
Günün ikinci yarısında işlərin emosiyalarla həllinə imkan verməyin. Yaxşı intuisiya diqqətə layiq məsələlərin həllində yardımçınız olacaq. Gələn informasiyalara fikir verin. Maraqlı ideyalar istisna deyil.
Rasional olun. Mövqelərinizi möhkəmləndirin.
Axşam saatlarında əylənin, gəzintiyə çıxın.
Əkizlər - Dediklərinizi yanlış anlamamalıdırlar. Vəziyyət yönünü qəflətən dəyişir. Bir istiqamətdə hərəkəti çoxdan planlaşdırsanız da, yeni xəbərlər və gözlənilməz məlumatlar gündəmə başqa işləri gətirəcək. Ətrafınızdakı insanlarla təmaslar niyyətinizə təsir edəcək.
Hadisələrə təsir imkanlarına malik insan günün ikinci yarısında sizə yardım edəcək. Təsadüfi nüanslar əhvalınıza pis təsir etməməlidir. Diqqətiniz dağınıq olmasın.
Axına qarşı üzməyin. Yanınızdakı insanlara qarşı ifrat tələblərə söykənən mövqe tutmayın. Yardım istəyən insana kömək edin. Ailə üzvlərinizin qayğınıza ehtiyacı var. Səhhətinizin qeydinə qalın.
Xərçəng - Emosional əlaqələri yenidən dəyərləndirin. Maliyyə münasibətlərini təftiş edin. Əlavə işlərə boyun olmayın, düşünülməmiş addımlar atmayın. İntuisiyanızı dinləyin. Riskli əməliyyatlara qatılmayın, kateqorik bəyanatlar verməyin.
Günün ikinci yarısında virtual təmaslar, informasiya axtarışı, yenilik arayışları gözləntilərinizi doğruldacaq.
Axşam saatlarını pəhrizə, rasionun nizamlanmasına həsr etmək olar. Harasa yollanmaq fikriniz varsa, münasibətlərdə tamahkarlıq etməyin. Eyni vaxtda bir neçə iş görmək mümkün deyil.
Şir - Tələsmədən, aramla çalışın. Gərginlik səviyyəsi nə qədər artsa da, cari məsələləri nə qədər tez başa vurmaq istəsəniz də, təmkinli olun. Sizə deyilənlərə diqqətlə qulaq asın. Vəziyyəti müşahidə edin. Konkret situasiyadan asılı olaraq qarşı tərəflə əlaqələri yeniləmək mümkündür.
Günün ikinci yarısında fəaliyyət müstəvisində sürətlənmə olacaq. Uğurlu şəraitdən yararlanın, ən ağır problemlərin asan və rahat həllərinin mümkünlüyünü təkzib etməyin. Qarşılıqlı fəaliyyətə xüsusi ehtiyac duyulur.
Səhhətinizə fikir verin. Valideynlərinizin könlünü alın.
Qız - Günün ilk yarısında problemləri həll etmək, yeni oriyentir və ya maraq dairəsi seçmək olar. Təklifləri diqqətlə qiymətləndirin, saf-çürük edin. Çətinliklərə rəğmən, irəliləməyə çalışın.
Cari fəaliyyətinizin yeni, alternativ yanaşmaya ehtiyacı var. Gəlirlər və perspektiv sizi təmin etməməlidir. Mənasız ümidləri və boş xəyalları unudun, yeni layihədə, işdə, münasibətlərdə özünüzü sınayın.
Axşam saatlarında sizə rəğbət bəsləyən insanı dinləyin. Hadisələri əsla tələsdirməin. Mühüm məsələlər təhlil ediləndə qarşı tərəfin də maraqlarını dərk etməyə can atın.
Tərəzi - Münasibətlərin yeni mərhələsidir. Yaşamınızdakı bir neçə istiqamətdə hərəkətlərin fəallaşmağa ehtiyacı var. İşdə və şəxsi münasibətlərdə aqressiv olmayın. Etiraf və açıq danışıq gözləməyin. Yanınızdakı insanlar hansısa izahata ehtiyac duymadan çalışacaqlar.
Günün ikinci yarısında situasiyanın təfərrüatlarını anlayın. Diqqət mərkəzində olacaqsınız. Tərəfdaşlar və şəriklərlə münasibətlərdə maliyyə məsələlərinə xüsusi diqqət ayırın. İndiyədək latent durumda qalan mövzular bu gün aktualdır. Qənaətcil olun.
Əqrəb - İntensiv fəaliyyət, zəhmət tələb edən zamandır. Danışıqlar, planlaşdırma, işlərin bölüşdürülməsi pis alınmayacaq. Əlavə işlər cazibədar təsir bağışlasa da, onları ertələyin. Əks halda mühüm situasiya üzərində nəzarət imkanlarını itirəcək, önəmli işi yarımçıq qoymalı olacaqsınız.
Günün ikinci yarısı ümumən pozitivdir. Sizi maraqlandıran xəbərləri əldə etməyə çalışın. Dəyər verdiyiniz insanların qayğısına qalın. Yardımlarınız unudulmayacaq.
Axşam saatlarında açıq havada mümkün qədər çox vaxt keçirin. Təəssürat və fikir mübadiləsi ola bilər.
Oxatan - Müstəqil şəkildə, kənar təsirlərə uymadan çalışmaq üçün əlverişli zamandır. Cari işlərlə məşğul olun. Geriləmə hiss olunan yerdəki çətinliyi aradan qaldırın. Münasibətlərdə ifrat emosionallığa varmayın.
Günün ikinci yarısı yaxın gələcəklə bağlı perspektivlərin müəyyənləşdirilməsi zamanıdır. Gərəkli informasiyaları toplayın, zəruri görüşlərlə bağlı vədələşin. İlkin razılaşma səbatlı deyilsə, yeni layihəyə başlamayın. Özünüzü çox yormayın. Səhhətinizə fikir verin, normal tonusda olun. Axşam saatlarında normal istirahət edin.
Oğlaq - İctimai fəaliyyət üçün pis gün deyil. Ticarət və xidmət sahəsində çalışırsınızsa, irəliləyişə nail olacaqsınız. Rutin məsələlərin həllində nizam yaradın. Sənədləşdirmədə, ailə büdcəsinin həllində sayıq olmaqla yanaşı, yaxınlarınızın dediklərinə qulaq asın.
Günün ikinci yarısında fəaliyyət arealını nizama salın. Ailə üzvləri sizi problemlərin həllindən yayındıra bilərlər. Məqsədə çatmağın optimal yollarını fikirləşin. İnsanların gur olduqları toplantılardan yayının.
Dolça - Ətrafınızdakı olayları laqeydliklə müşahidə etməyin. Gələn xəbərləri diqqətlə araşdırın. Zahiri görünüşünüzə fikir verin. Çətin problemi dostlarla birlikdə həll etmək olar. Yeniliklər zamanıdır. Cari işlərdəki sədlərlə maneələri dəf edə bilərsiniz.
Günün ikinci yarısında qarşılıqlı fəaliyyətdə xeyir var. Zahiri görünüşə fikir verin. Qətiyyətli olsanız, cari işlərdə gözləntilərdən artığına nail ola bilərsiniz.
Axşam saatlarına yaxın daxili gərginlikdən qurtulmaq üçün laübəli məsələlərə aydınlıq gətirin, sizi pərişan edəcək suallara cavab arayın. İrəliləmək üçün bütün vasitələrdən və imkanlardan istifadə edin.
Balıqlar - Səciyyəvi çətinlikləri həddən ziyadə emosional qəbul etməyin. Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Dövlət qurumlarının nümayəndələri ilə danışanda məğlubiyyətçi mövqe tutmayın.
Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz işlərinizdə sizə dəstək verəcəklər. Uzaq yerdən gəlmiş insanla sıx ünsiyyət qurmağa dəyməz. Məkrli planın, avantüranın qurbanına çevrilməyin.
Milli.Az
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Sahibkarlar Günü ilə əlaqədar “Ulduz” şokolad fabrikini ziyarət edib - FOTOLAR
Diplomatlara təminat və kompensasiya verilməsi qaydaları dəyişib
“Uzaq sahillərdə” filmi Berlində rnümayiş olunub - Alman dilində
"Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya..." - DİN-dən daha bir xəbərdarlıq
ÖLKƏNİN TELEFON VƏ İNTERNET XİDMƏTLƏRİ BİRLƏŞDİRİLİR - "Aztelekom" nəhəng quruma çevrilir (YENİLƏNİB)
Azərbaycan neftinin son qiyməti açıqlandı
Zəlzələni 20 gün əvvəl xəbər verən alim Cəlal Şengörə "partladı": "O, hoca deyil, bölgəni ovucumun içi kimi bilirəm"
“BTB Bank”da müştərilərin depozit otağındakı seyflərdən kimlərin pulları oğurlanıb? - Məhkəmədə şok faktlar açıqlandı
Kaya Kallas Bakıya gəlir - İLHAM ƏLİYEVLƏ GÖRÜŞ OLACAQ
Türkiyədə daha iki zəlzələ oldu - 4,5 və 3,9 bal gücündə
ABŞ Yəmənə daha 6 hava zərbəsi endirib
“Qalatasaray”ın Baş məşqçisi aktrisa ilə sevgi yaşayır? - İddia
İstanbulda 6.2 bal gücündəki zəlzələdən sonrakı təkanlar nə vaxt bitəcək? - AFAD-dan açıqlama
"Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır" - Mətbuat katibi
ABŞ lideri Putinə belə səsləndi: "Dur, Vladimir, dur!
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə kuboku: "Qalatasaray"ın finaldakı rəqibi bəlli oldu
Trampdan İranla bağlı açıqlama: "Danışıqlarımız çox yaxşı gedir"
Tramp 1915-ci il hadisələrini “soyqırım” adlandırmayıb
Nazirdən zəlzələ barədə açıqlama: "Təkanlar azalıb"
“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda elmi-praktik konfrans keçirilib
Pakistan XİN-dən Hindistana xəbərdarlıq: "Hər şeyə hazırıq"
Ermənilər Bakıda hakim önündə - Şuşanın işğalı, Malıbəyli və Quşçular qətliamı ilə bağlı sorğu-sual başlayıb (Yenilənib)
Ərdoğanın müşaviri "İstanbulu tərk edin" deyən məşhur professora "Anqut" dedi - Açıqlama
Yeni Zelandiyanın Baş naziri Türkiyəyə gəlir
Qərb bölgəsində hava şəraiti dəyişəcək
Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi başlayır
Türkiyənin 20 şəhərində eyni anda əməliyyat: 182 nəfər saxlanılıb
Ankaraya fındıq böyüklüyündə dolu yağıb
İyun ayında neçə gün qeyri-rəsmi iş olmayacaq? - Açıqlama
Ciro Immobile "iki ayağını bir başmağa dirəyib"
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Netanyahu və İran prezidentinin Azərbaycana səfəri... - TƏHLİL
Prezident İlham Əliyev Çindən Vətənə belə yola salındı - FOTOLAR
Vidadi Bərdəlinin müğənni qızının bir milyonluq bağ evi var: "Mən işləyən müğənni, ruzili qızam"
ÇİN TRAMPA QAPILARI BAĞLADI, ŞƏRT QOYDU: "Bu, onun küləyin səmtini tutmaq cəhdidir" - "Kimsə bizə diqtə edə bilməz"
ASİYANIN İKİ NƏHƏNG ÖLKƏSİ QARŞI-QARŞIYA GƏLDİ: Pakistan Hindistanı müharibə ilə hədələdi - "Bu, müharibə elanı hesab olunacaq"
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Sahibə Qafarova Roma Papasının dəfn mərasiminə qatılacaq
Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb
Hikmət Vəliyev Ukraynada tutularaq Bakıya gətirildi
Çin kosmosa yeni komanda göndərib