“Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı
02-08-2024 [09:15]
Ana dilimizin inkişafına töhfə vermək məqsədilə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günündə “Nar”ın dəstəyi ilə təşkil edilən “Diksiya Akademiyası”nın “Ana dilində hekayəni danış” natiqlik çempionatının final mərhələsi uğurla yekunlaşıb.
Mia.az-ın məlumatına görə, çempionatın final mərhələsinə vəsiqə qazanan 11 iştirakçı qalib gəlmək üçün səhnədə 5 dəqiqəlik çıxışlarını təqdim ediblər. "Ana dilində hekayəni danış" natiqlik çempionatının qalibi öz xüsusi nitq istedadı ilə fərqlənən Zinyət Əliyeva olub, layihədə 2-ci yerin sahibi Murad Yunusov, 3-cü yerin sahibi isə Davud Muxtarov seçilərək “Nar” tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
“Nar”ın Korporativ Ünsiyyət və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Hökümə Kərimova müsabiqə qaliblərini təbrik edərək belə bildirib: “Nar” olaraq, Azərbaycan dilinin qorunması və inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir. Dilimiz milli kimliyimizin, mədəniyyətimizin və tarixi irsimizin əsas bir hissəsidir. Azərbaycan dilindəki zəngin söz ehtiyatı və ifadə imkanları, onun nə qədər dərin və çoxşaxəli olduğunu göstərir. “Ana dilində hekayəni danış” natiqlik çempionatına verdiyimiz dəstək, bu məqsədin həyata keçirilməsinin bir nümunəsidir.
Düzgün və təsirli dil istifadəsi yalnız şəxsi ünsiyyətdə deyil, həm də professional iş mühitində çox əhəmiyyətlidir. Effektiv kommunikasiya bacarıqları, iş dünyasında qarşılıqlı anlaşmanı artırır və peşəkarlığı möhkəmləndirir. Bu cür tədbirlərdə iştirak etməklə, iştirakçılar yalnız dil bacarıqlarını inkişaf etdirməklə qalmır, həm də gələcəkdə iş həyatında uğur qazanmaq üçün lazım olan bacarıqları inkişaf etdirirlər”.
Qeyd edək ki, “Ana dilində hekayəni danış” natiqlik çempionatı dörd ildir, təşkil edilir və bu vaxta qədər müsabiqəyə 250-dən çox iştirakçı qatılıb. “Nar” ana dilimizin inkişafına təkan verən müxtəlif layihələrlə yanaşı, son iki ildir, natiqlik çempionatının keçirilməsinə də öz dəstəyini göstərir. Mobil operatorun korporativ sosial məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumatı http://nar.az səhifəsindən əldə edə bilərsiniz.
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO