Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
02-08-2024 [00:01]
Qoç - günün ilk yarısında iradəsiz davranmayın. Bu və digər qərarı qəbul edəndə çox düşünməyin. Şanslarınızı əldən verməyin. Vaxt itkisinin fəsadları kritik ola bilər. Həddən ziyadə fəallıq və ifrat təkidlər üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında həmkarlarınız və ya tərəfdaşlarınız arasında bir şəxsin davranışı sizdə narahatlıq yarada bilər. Problemləri birgə fəaliyyət nəticəsində aradan qaldırmaq olar. İşlərin ən əhəmiyyətli hissəsini özünüz görün. Önəmli məsəlləəri başqalarına həvalə etməyin.
Buğa - məqsədinizə çatmaq üçün bu gün hər şeyə hazırsınız. Lakin unutmayın ki, avantüralar və məcaraların hamısı yaxşı bitmir. Məcara maraqlı olsa da, risk və təhlükələr az deyil. Aramla davranın, yüz ölçüb bir biçin.
Sizə yaxın insanlarla ünsiyyətdə probelmlər yarana bilər. Onlar sizi avantüralardan qorumağa çalışacaq, yardıma tələsəcəklər. Soyuqqanlı olun, düşünülməmiş addımlar atmayın. Tənqidi ifrat aqressivliklə qarşılamayın.
Əkizlər - günün ilk yarısında yaxşı tanımadığınız insanlarla birgə fəaliyyət barədə ideyaları ertələyin. Sınanmış insanla adət etdiyiniz şəraitdə çalışın
Fəaliyyətinizlə bağlı müntəzəm fiziki yükə məruz qalırsınızsa, bir qədər dincəlin. Qüvvə və enerjinizi bərpa edin. Əks halda mənəvi, psixoloji və fiziki yorğunluq hiss edəcəksiniz. Günün ikinci yarısında işdə rəhbərlik sizə çeşidli tapşırıqlar verəcək. İşin öhdəsindən layiqincə gəlməyə çalışın.
Eyni vaxtda bir neçə iş görməyə çalışmayın. Tələsmədən, aramla işləyin. Axşam saatlarında normal istirahət edin.
Xərçəng - əvvəlcədən hazırlanmış planlara günün ilk yarısnıda nəzərdə tutulmamış əlavələr və yenilənmələr ola bilər. İşlərinizi təkbaşına görməyə çalışın. Müsbət emosiyalar irəliyə doğru hərəkətinizi daha da sürətləndirə bilər.
Günün ikinci yarısında alacağınız bütün təklifləri nəzərdən keçirməyə can atmayın. Seçdiyiniz istiqamətlə hərəkət edin. Axşam saatlarına yaxın yeni tanışlıqlar və ünsiyyət istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini qulaqardına vurmayın.
Şir - yaradıcılıq, planların reallaşdırılması və müzakirələr üçün münasib zamandır. Ağır və rutin işdən qaçmayın. Gəlir əldə etmək üçün ən kiçik şansları dəyərləndirin.
Günün ikinci yarısında xarici görkəminizə fikir verin. Axşam saatlarında ciddi danışıqlarda mövqeyinizdən geri çəkilməyin. Kimlərinsə ani istəklərinə görə illər sərf etdiyiniz zəhmətinizi qurban verməyin. İradəli, hətta zərurət yaranarsa sərt olun.
Qız - yaxın ətrafınızdakı insanların xoşuna gəlməyə çalışmayın. Müstəqil olun, diqqətli davranın. Heç nədə ifrata varmayın. Davranış və xahiri görünüşünüzdə kardinal dəyişikliklər zamanı deyil. Belə yenilikliklər xeyirdən çox zərər vəd edir.
Günün ikinci yarısında işgüzar təmaslarda birmənalı olmayan sözlərə diqqətlə qulaq asın. Şirnikləndirici vədlərə inanmayın. Tərəfdaşların və ya şəriklərin fəaliyyətində qüsurlar varsa, bu barədə açıq danışın. Örtülü bazarın dostluğu pozduğunu unutmayın. Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - günün ilkin yarısında planlarınızı təftiş edin, qarşınıza qoyduğunuz məqsədləri dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanların suallarının hamısını cavablamaq məcburiyyətində deyilsiniz. Bununla yanaşı, qeydləri və iradları qulaqardına vurmayın.
Günün ikinci yarısı yarımçıq işləri tamamlamaq üçün əla zamandır. Dostlar və müttəfiqlərin yeni planını diqqətlə dinləyin. İnanılmış, etibarlı insanlarla çalışmağa üstünlük verin. Əgər kimsə sizə sirrini etibar edisə, heç bir halda o məlumatları aşkarlamayın, orada-burada danışmayın. İşdə rəhbərlik sizdən ciddi məsələ ilə bağlı yardım istəyəcək. Sakit çalışın.
Əqrəb - dəvət olunmuş yerə yollanmaq üçün yaxşı gündür. Səhər saatlarından etibarən yorulmadan, usanmadan, bezmədən çalışın. Nə qədər çox çalışsanız, maddi durumunuz bir o qədər yaxşı olar.
Yaşanan anlardan həzz alın. Unutmayın ki, həyat bəzəkli lenti olmasa da, hədiyyədir. Qeyri-rəsmi şəraitdə mühüm məsələləri müzakirə edə bilərsiniz. Bəzi adamlar bu gün sizi sınağa çəkə bilərlər. Ailədə anlaşılmazlıqlarla qarşılaşacaqsınız.
Oxatan - günün ilk yarısında sual doğuran məsələlər çox olacaq. Fəaliyyətinizdə önəmli məqamı nəzərdən qaçırmayın. Situasiyanı izləyin. Son xəbərlər və məlumatlardan xəbəriniz olsun. Çalışdığınız yerdəki dəyişiklikləri diqqətlə izləyin. Günün ikinci yarısında qəfil hadisə baş verəcək. Təmkinli olun, hadisələrin axarına fikir verin. Qohumlardan birinin yardıma ehtiyacı var. Ona kömək edin. Axşam saatlarında gəzintiyə çıxa bilərsiniz. Dostla görüş üçün pis zaman deyil.
Oğlaq - günün ilk yarısının emosional fonu gərgindir. Sizə yaxın insanlardan biri həll edə bilmədiyi problem, çözməkdə çətinlik çəkdiyi məsələ ilə üzləşib. Qayğıkeş olun, yardım edin. Peşəkar bilik və bacarıqlarınızı artırın.
Günün ikinci yarısında mütəxəssis, yaxud da təcrübəli insanın məsləhətindən imtina etməyin. Qorxular, şübhələr və tərəddüdlərin əsiri olmayın. İşini bilənlərə inanın, onlara etibar edin. Daxilinizdəki neqativdən qurtulun.
Axşam saatlarında gəzintiyə çıxmaq olar.
Dolça - şəxsi məsələlərdə və fəaliyyət müstəvisində düşünülməmiş təşəbbüslər, mənasız aktivlik yalnız ziyan vura bilrə. Çalışdığınız kollektivdə münasibətlər nə qədər harmonik olarsa, bir o qədər yaxşıdır.
Günün ikinci yarısında istənilən ağırlıqdakı problemi məntiqli yanaşma ilə həll etmək olar. Çevik və fəndgir olun. Dəyər verdiyiniz insanların qayğıya ehtiyacı var. Axşam saatlarını özünüzə həsr edin.
Balıqlar - bu gün ərzində çox işin öhdəsindən gələ bilərsiniz. Yeni köməkçilər və işə yardımçı ola biləcək adamları arayın. İndiyədək birlikdə çalışdığınız insanlar bugünkü gərgin iş qrafikindən şikayətlənə bilərlər.
Ona görə də enerji, əzm və qətiyyətlə işləyin. İşi yarımçıq qoymayın. Maliyyə məsələlərində bu gün problemlər olmayacaq. Eynən şəxsi həyatda olduğu kimi.
Milli.Az
Mütəllim Rəhimli partiya sədri seçilib
General Faiq Məmmədov vəzifədən azad olunub
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident İlham Əliyev fərman verdi - Məmurlarla bağlı
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev Tokayevə zəng etdi - Nələr müzakirə olunub?
Azərbaycan nefti bahalaşıb
1370 manat maaş alan sabiq nazir: "1000 manat maaşla heç bir alim ailə dolandıra bilməz"
Nazir deputatın qızını direktor təyin etdi
Prezidentdən kübar davranış... - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Volkan Dəmirəl super liqanın yeni komandası ilə danışıqlar aparır
ÇİNDƏN ABŞ və AVROPANI QORXUYA SALAN GİZLİ HƏMLƏ - Günəş panellərinə "ölüm cihazları" yerləşdirilib
Rusiya və Ukrayna 1000 hərbi əsiri dəyişəcək - İstanbulda əsir mübadiləsində anlaşma oldu
Ayağı kəsiləcək deyilən Mert Hakan Yandaşdan açıqlama: "Meydana dönməyi səbrsizliklə gözləyirəm"
İki ölkə Suriyanın Dünya Bankına borcunu ödəyib
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Babayan, Mnatsakanyan və... - Bakıda növbəti məhkəmə + FOTOLAR
Qayıdış nəğməsi
Makron: "Putinin davranışı qəbuledilməzdir"
Starmer Tiranada: "Ukrayna sülh istəyir, lakin Putin..."
Oleq Bakinski yenə hakim qarşısına çıxarıldı
Əfv Məsələləri Komissiyası daha 100-dən artıq müraciətə baxıb
İlham Əliyev Tiranada - Prezident “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısına qatılıb (Yenilənib)
Deputat Milli Məclisdə: "Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və..."
Prezident İlham Əliyev Ərdoğanla görüşüb - VİDEO
Cahangir Əsgərov "Premium Bank" ASC-nin əsas səhmdarı olub
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli oldu
Prezident İlham Əliyev Avropa İttifaqı rəhbərləri ilə görüşüb - Nələr müzakirə olunub* + FOTOLAR
Sənan Hüseynov Türk Ədəbiyyatı Vəqfinin Fəxri üzvü seçilib - FOTO
Cinayət-Prosessual Məcəlləsi dəyişdi - Bank hesablarından oğurluq hallarına 24 saat ərzində baxılacaq
Abortla bağlı cəzalar sərtləşəcək - Yeni qanun
“Fənərbağça” daha bir futbolçu ilə müqaviləni yeniləyib - Açıqlama
Şəhid Yusif Məmmədov dəfn olunub - Sumqayıtda
General Milli Məclisdə hesabat verdi - İnsan alveri ilə bağlı
Sabahın hava proqnozu açıqlanıb
“Əmək pensiyaları haqqında” qanun dəyişdi - Əlavələr var
Deputat: "Bu uşaqlar dərhal valideynindən alınmalıdır"