Nigeriyada vəba epidemiyası: yoluxanların və ölənlərin sayı artır

img

01-08-2024 [14:47]


Nigeriyada vəba epidemiyası sürətlə yayılmağa başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi hesabat yayıb.

Hesabata əsasən, 15-21 iyul tarixləri arasında ölkədə 170 vəba faktı aşkarlanıb: "Vəbaya yoluxanlardan 3 nəfər isə ölüb".

Qurumdan bildirilib ki, yanvar ayından bu yana ölkədə 4 min 809 vəba faktı aşkar edilib, onlardan 156 nəfəri vəfat edib: "Ən çox vəbaya yoluxma isə iyun ayında qeydə alınıb, təxminən 3 min nəfər. Şübhəsiz ki, bu rəsmi statistikadır. Ancaq xəstəxanaya müxtəlif səbəblərdən müraciət etməyən yüzlərlə vəba xəstəsinin mövcudluğu sirr deyil...".

Hesabatda təmiz suyun olmaması ilə yanaşı, effektiv tibbi müdaxilənin yoxluğnun  yoluxmanı sürətlə artırdığı iddia olunub.

Züllfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:49 13.10.2024

Sabah yağış yağacaq