İstanbulda əməliyyat: iş adamlarına "xərac kəsən" mafiya üzvləri qandallanıb

img

31-07-2024 [09:49]


İstanbulda biznesmenlərə "xərac kəsən" və ya tələb elədiyi pulu ala bilmədikdə onların iş yerlərini güllə yağışına tutan mafiya üzvlərinə qarşı əməliyyat keçirilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Onun sözlərinə görə, İstanbulun Zeytinburnu, Beşiktaş, Kartal, Bağcılar, Eyüpsultan, Bayrampaşa, Bahçelievler, Sultanbəyli və Ataşehir rayonlarındada iş yerlərini atəşə tutan mütəşəkkil cinayətkar qrupun üzvlərindən 15 şübhəli saxlanılıb: "Onlardan 14-ü haqda həbs qətimkan tədbiri seçilib. Onlara qarşı mafiya yaratmaq, qəsdən adam öldürməyə cəhd, soyğunçuluq, silahla təhdid, İş yerinin gülləyə tutulması, əmlaka ziyannvurma və sair cinayətlər üzrə ittiham irəli sürülüb".

Firudin Səfərli

MİA.AZ 


Digər xəbərlər
SON XƏBƏRLƏR