Keçmiş bələdiyyə sədri maşınında güllələnib - FOTOLAR

img

29-07-2024 [09:07]


Keçmiş bələdiyyə sədri maşınında güllələnib. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 2009-2019-cu illərdə Sakaryanın Ferizli mahalının bələdiyyə sədri olmuş Ahmet Soğuk Yeni Mahalledəki evindən maşınla çıxdıqdan az sonra hərəkətdə olarkən bəlli olmayan səbəbdən güllə yağışına tutulub.

Məlumata görə, 64 yaşlı Ahmet Soğuk naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb: "Güllələnmədən sonra maşın nəzarətdən çıxaraq  yol kənarındakı əkin sahəsinə giirb. Orada maşından ağır yaralı halda çıxan keçmiş bələdiyə sədri yerə yıxılaraq canını tapşırıb".

Məlumata görə, hadisə yerinə Sakarya Böyükşəhər bələdiyyə sədri Yusuf Alemdar və polis rəisi Səlcuq Doğuş da gəlib: "Polis hazırda şübhəli və ya şübhəliləri axtarır".

Firudin Səfərli

MİA.AZ

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR