XIRDALANDA ŞOK HADİSƏ: ər arvadını binadan aşağı tullayıb

img

23-07-2024 [12:47]


Abşeron rayonun Xırdalan şəhərində çoxmərtəbəli binanın pəncərəsindən atıldığı bildirilən qadın ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, bu gün səhər saatlarında Abşeron rayonu Gənclər şəhərciyində 2002-ci il təvəllüdlü A.Kazımovanın yaşadığı mənzilin eyvanından yerə düşərək ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalar zamanı A.Kazımovanın həyat yoldaşı 2002-ci il təvəllüdlü Hüseyn Kazımov tərəfindən qısqanclıq zəminində aralarında yaranan mübahisə zamanı qəsdən mənzildən yerə atıldığı müəyyən edilib. H.Kazımov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR