Binəqədidə 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı istintaq tamamlanıb
22-07-2024 [15:44]
Bakının Binəqədi rayonunda 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı istintaq tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Mia.az-a verilən xəbərə görə, cari il yanvarın 15-də paytaxtın Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verməsi faktı əsasında Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində başlanmış cinayət işi üzrə istintaq tamamlanıb:
"İbtidai istintaqla ASC-nin faktiki sahibi, 1962-ci il təvəllüdlü Tağı İbrahimov və ASC-də inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən, 1992-ci il təvəllüdlü Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxslər kimi bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına, habelə ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurmaqla digər ağır nəticələrə səbəb olmaları, həmçinin Tağı İbrahimovun xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib".
Qeyd olunub ki, toplanmış sübutlar əsasında Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə yekun ittiham elan edilib, onların hər ikisi barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
“Uzaq sahillərdə” filmi Berlində rnümayiş olunub - Alman dilində
"Dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya..." - DİN-dən daha bir xəbərdarlıq
ÖLKƏNİN TELEFON VƏ İNTERNET XİDMƏTLƏRİ BİRLƏŞDİRİLİR - "Aztelekom" nəhəng quruma çevrilir (YENİLƏNİB)
Azərbaycan neftinin son qiyməti açıqlandı
Zəlzələni 20 gün əvvəl xəbər verən alim Cəlal Şengörə "partladı": "O, hoca deyil, bölgəni ovucumun içi kimi bilirəm"
“BTB Bank”da müştərilərin depozit otağındakı seyflərdən kimlərin pulları oğurlanıb? - Məhkəmədə şok faktlar açıqlandı
Kaya Kallas Bakıya gəlir - İLHAM ƏLİYEVLƏ GÖRÜŞ OLACAQ
Türkiyədə daha iki zəlzələ oldu - 4,5 və 3,9 bal gücündə
ABŞ Yəmənə daha 6 hava zərbəsi endirib
“Qalatasaray”ın Baş məşqçisi aktrisa ilə sevgi yaşayır? - İddia
İstanbulda 6.2 bal gücündəki zəlzələdən sonrakı təkanlar nə vaxt bitəcək? - AFAD-dan açıqlama
"Qərəz kölgə kimidir, ağlı qaranlıqlaşdırır" - Mətbuat katibi
ABŞ lideri Putinə belə səsləndi: "Dur, Vladimir, dur!
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə kuboku: "Qalatasaray"ın finaldakı rəqibi bəlli oldu
Trampdan İranla bağlı açıqlama: "Danışıqlarımız çox yaxşı gedir"
Tramp 1915-ci il hadisələrini “soyqırım” adlandırmayıb
Nazirdən zəlzələ barədə açıqlama: "Təkanlar azalıb"
“Qərbi Azərbaycana qayıdışın tarixi, hüquqi və mədəni əsasları” mövzusunda elmi-praktik konfrans keçirilib
Pakistan XİN-dən Hindistana xəbərdarlıq: "Hər şeyə hazırıq"
Ermənilər Bakıda hakim önündə - Şuşanın işğalı, Malıbəyli və Quşçular qətliamı ilə bağlı sorğu-sual başlayıb (Yenilənib)
Ərdoğanın müşaviri "İstanbulu tərk edin" deyən məşhur professora "Anqut" dedi - Açıqlama
Yeni Zelandiyanın Baş naziri Türkiyəyə gəlir
Qərb bölgəsində hava şəraiti dəyişəcək
Müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi başlayır
Türkiyənin 20 şəhərində eyni anda əməliyyat: 182 nəfər saxlanılıb
Ankaraya fındıq böyüklüyündə dolu yağıb
İyun ayında neçə gün qeyri-rəsmi iş olmayacaq? - Açıqlama
Ciro Immobile "iki ayağını bir başmağa dirəyib"
Sabah Bakının iki rayonunda qaz olmayacaq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Netanyahu və İran prezidentinin Azərbaycana səfəri... - TƏHLİL
Prezident İlham Əliyev Çindən Vətənə belə yola salındı - FOTOLAR
Vidadi Bərdəlinin müğənni qızının bir milyonluq bağ evi var: "Mən işləyən müğənni, ruzili qızam"
ÇİN TRAMPA QAPILARI BAĞLADI, ŞƏRT QOYDU: "Bu, onun küləyin səmtini tutmaq cəhdidir" - "Kimsə bizə diqtə edə bilməz"
ASİYANIN İKİ NƏHƏNG ÖLKƏSİ QARŞI-QARŞIYA GƏLDİ: Pakistan Hindistanı müharibə ilə hədələdi - "Bu, müharibə elanı hesab olunacaq"
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Sahibə Qafarova Roma Papasının dəfn mərasiminə qatılacaq
Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb
Hikmət Vəliyev Ukraynada tutularaq Bakıya gətirildi
Çin kosmosa yeni komanda göndərib
İsmayıllıda zəlzələ olub - 3 bal gücündə
Hakim Samir İsmayılov sözçü təyin olunub