Parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib, dördü qeydə alınıb

img

19-07-2024 [16:52]


Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 806 nəfər namizədlik üçün müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

O qeyd edib ki, partiyaların 585 səlahiyyətli nümayəndəsi artıq qeydiyyatdan keçib. 532 nəfərin isə namizədliyinin irəli sürülməsi təsdiqlənib.

"451 nəfər imza vərəqləri alıb. 31 nəfər isə imza vərəqlərini qaytarıb. 4 nəfərin namizədliyi qeydə alınıb", - deyə sədr vurğulayıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:53 18.01.2025

Hakan Fidan Bakıya gəlib