Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
10-07-2024 [00:01]
Qoç - Bir çox problemlərin həllinə başlaya bilərsiniz. Daxili energetikanız sizə ən çətin müşkülləri çözməyə imkan verəcək. Təcrübəli, bilikli insanların məsləhətlərini qulaqardına vurmayın. Maraqlı həmsöhbətlə qarşılaşacaqsınız.
Günün ikinci yarısında mövcud çətinliklərin aradan qaldırılması üçün alternativ yollar arayın. Axşam saatları romantik ünsiyyət üçün əlverişlidir.
Fəqət, hisslərin köləsinə çevrilməyin.
Buğa - Rəsmiyyətə qapılmayın. Stereotipləri yaşam tərzinə çevirməyin. Həyatınızı yaşayın. Yeni imkanlara doğru qorxu, xof və təlaş olmadan addımlayın. İmicin yenilənməsi şəxsiyyətinizin daha uğurlu izharına imkan verəcək.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların rəğbətini qazanmaq üçün konkret addımlar atın. Yararlanmadığınız imkanlarınızdan, "yatmış" potensialınızdan istifadə edin. Əzmkar olun. Fəaliyyət sahəsini dəyişə bilərsiniz. Macəra arayın. Bir sözlə - tənbəllik etməyin.
Əkizlər - İşlərə yaradıcı yanaşma irəliləyişin başlıca şərtidir. Fəaliyyət prosesindəki müxtəlif eksperimentlər təbii təkan rolunu oynayacaq. Qəfil sonuclar və gözlənilməz nəticələr sizi çaşdırmasın, ruhdan salmasın.
Bədbinləşməyin, süstləşməyin.
Günün ikinci yarısında mövqelərinizi bir daha yoxlayın. Planlarınızı təftiş edin. Şəxsi münasibətlərdə harmoniya yaradın. Sevdiyiniz insanla təmaslarda qarşılıqlı anlaşma, sayğı və məhəbbət ən önəmli nüanslardır.
Xərçəng - Hadisələrin intensiv, perspektivlərin yaxşı olduğu zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün nəzərdə tutduğunuzdan daha artıq qüvvə və resurs sərf etməyə hazırlaşın.
Tərəqqi, inkişaf istəyirsinizsə, diqqətli davranın. Detallara fikir verin.
Günün ikinci yarısında təfərrüatların önəmi artacaq. Optimallaşdırma və modernləşdirmə ilə məşğul olmaq olar. Maliyyə baxımından vəziyyət pis deyil. Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqlarını təmkinlə aradan qaldırın.
Şir - Ümumən pozitiv zamandır. İşdə və münasibətlərdə ən yaxşı keyfiyyətlərinizi, üstün məziyyətlərinizi nümayiş etdirin. Yaradıcılıqla məşğulsunuzsa, ilin ən əlverişli günlərindən biridir.
Xarici görkəminizə fikir verin.
Günün ikinci yarısında alış-verişdə trivial olmayan nəsnə, məhsul ala bilərsiniz. Parlaq, statuslu imic qazanın.
Yaxınlarınıza problemlər, başağrısı bəxş etməyin. Onların qayğısına qalın.
Axşam saatlarında stressdən qurtulmaq üçün sınanmış vasitələrdən istifadə edin.
Qız - Maliyyə, karyera və işlə bağlı məsələlərdə gərginlik yaranacaq. Bələd olduğunuzu düşündüyünüz situasiyanın yeni təfərrüatları üzə çıxacaq. Risklərdən çəkinməyərək hüququnuzu müdafiə edin. Yaramaz, yaltaq, qorxaq insanın hiylə və məkrini işə salaraq sizi üstələməsinə qətiyyən yol verməyin.
Günün ikinci yarısında ilk baxışdan müşkül təsir bağışlayan problemin həllinə yaradıcı yanaşın. Vərdiş etdiyiniz metodları hələlik unudun, yeni yollar arayın.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Tərəzi - Zamanla ayaqlaşın. Situasiyanın dinamikliyindən yararlanaraq fəal olun. Özünüzə qapılmayın, tərki-dünya insan təsiri bağışlamayın. Arzuladığınız əşyanı almağa, xəyallarınızdakı məqsədə çatmağa çalışın. Siz kimsədən zəif və ya əskik deyilsiniz.
Günün ikinci yarısında bədgüman davranmayın. Rəqabətin sərtləşməsi sizdən təcrübə və bilikərin artırılması, informasiya bazasının genişləndirilməsini tələb edir.
Yaxınlarınızdan birini hədiyyə ilə sevindirin.
Əqrəb - Yeni, təcili işlərdən, fövqalədə tapşırıqlardan qorxmayın. İntensiv fəaliyyət tempi sizə problemlərin öhdəsindən daha tez gəlməyə imkan verəcək. Bütün çətinliklər müvəqqətidir. Ruhdan düşməyin.
Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hər məsləhətə qulaq asmayın. Sayıq olun, təklifləri real dəyərləndirin. İşləməklə yanaşı, prosesdən məmnun qalın.
Köhnə dostlardan və ya tanışlardan birinin qayğıya, diqqətə ehtiyacı var.
Qohumlara baş çəkməyə vaxt tapın.
Oxatan - Kənar təsirlər altına düşməyin. Aktual məsələlərin çözülməsində süstlük etməyin. Aktiv davranın ki, rəqiblər sizi üstələməsinlər. Cəsarətli olun, dürüst taktika seçin.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı strategiyanı müəyyənləşdirin. Riskin səviyyəsini artırmayın. Təcrübəli və bilikli olmadığınız sahələrdə də uğur əldə edə bilərsiniz. Yaradıcılıq təşəbbüsləri üçün yaxşı zamandır. Axşam saatlarında normal istirahət edin.
Oğlaq - Günün ilk yarısı müsbət emosiyalar və hisslər bəxş edəcək. Tapşırıqlar və sifarişlərin öhdəsindən gəlmək üçün yaxşı əhval, nikbinlik xüsusi əhəmiyyət kəsb edir. Şərtləri nəzərə alın, problemlərin uğurlu həlli üçün ənənəvi üsullarla metodların çərçivələrindən kənara çıxın.
Günün ikinci yarısında fantaziyanızı işə salın. Texnika və avadanlıqla davranışda ehtiyatlı olun.
Axşam saatları sevdiyiniz insanlarla mehriban ünsiyyət vəd edir.
Dolça - Peşəkar fəaliyyət sahənizdə inkişaf, irəliləyiş üçün yaxşı imkanlar yaranıb. Şansları dəyərləndirin. Sayıq olun, ən müxtəlif variantları nəzərdən keçirin. Mübahisəli məqamlarda obyektiv olmağa çalışın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla səmimi, qayğıkeş olun. Məsləhətləri qulaqardına vurmayın. İnandığınız insanla yeni layihəyə başlamaq olar.
Situasiyaya uyğun hərəkət edin. Bu və digər məsələnin həlli üçün duruma uyğun vasitələr seçin.
Balıqlar - Risk və avantüralar üçün yaxşı gündür. Yaradıcılıqla məşğul olursunuzsa, yeni variantları sınaqdan keçirin. Daha qətiyyətli, iradəli olun. Məqsəd və istəkləriniz barədə açıq danışın.
Günün ikinci yarısında hədəfə doğru sürətlə irəliləyin. Belə taktika peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə də effektiv olacaq. Pullarınızı etibarlı yerə yatırın. Maliyyə vəsaitinizlə risk etməyin.
Milli.Az
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır