Xırdalanda qadını aldadanlar tutulub

img

09-07-2024 [11:22]


Xırdalan şəhər sakini olan qadına qarşı 1051 manat məbləğində dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildirilib ki, Xırdalan şəhər sakini olan qadın onu aldadan şəxslə bağlı polisə müraciət edib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əməllərə görə məhkum olunmuş Elçin Əliyev və Fəyyaz Zeynalov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR