BAKIDA SAKİNİN EVİNİ BAŞINA UÇURAN ŞİRKƏT RƏHBƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI - VİDEO (Açıqlama)
04-07-2024 [18:07]
“İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
Mia.az Yasamal Rayon Prokurorluğuna istinadla xəbər verir kii, araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Xatırladaq ki, Afət Quliyeva iddia edir ki, Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsində yerləşən evini yeni yaşayış binasını tikən "İbrahim-Q" MTK-nın işçiləri söküb, özünü isə "sürüyüb çölə atıblar".
Onun BBC Azərbaycancaya təqdim etdiyi video görüntülərdə gecə bir buldozerin bir evi uçurtduğu, hətta bir neçə ağacı da məhv etdiyi görünür. Bu görüntülərdə beşdən çox kişinin buldozerin yarı uçurtduğu evdən kimisə zorla çıxartdığı görünür və bir qadın səsi gəlir.
İbrahim-Q MTK BBC Azərbaycancaya gecə Afət Quliyevanın evini uçurtmadığını deyib.
Tikinti şirkətinin adının çəkilməsini istəməyən əməkdaşı deyib ki, Afət Quliyevanın evi "13,5 kvadrat metrdir və şirkət vətəndaşa hər kvadrat üçün 4-5 min manat pul təklif etsə də, o, bu təkliflə razılaşmayıb.
Daha sonra şirkət bu ilin fevral ayında Afət Quliyevaya şəhərin mərkəzi yerlərindən birində ev təklif etsə də, vətəndaş bu təkliflə də razılaşmayıb, İbrahim-Q MTK əməkdaşı deyib.
Afət Quliyeva isə BBC-yə deyib ki, ona heç nə təklif edilməyib.
Yasamal rayon icra hakimiyyətindən bu hadisə ilə bağlı şərh almaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BBC-yə bildiriblər ki, vətəndaşın tələbləri araşdırılır.
MİA.AZ
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır