Xocavənddə bir tondan artıq yabanı çətənə məhv edilib

img

01-07-2024 [12:45]


Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsinin ərazisində 1 tondan artıq yabanı çətənə bitkisi yandırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçiriblər.

Nəticədə sözügedən ərazidə yabanı halda bitən 1 tondan artıq 4650 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR