Azərbaycan ədəbiyyatının qocaman fədaisi: Məmməd Əfşanın 85 illik yubileyi qeyd olunur
27-06-2024 [21:25]
Müasir Azərbaycan mədəniyyətini, incəsənətini və ədəbi mühitini forma məzmun etibarilə üç qrup adamlar - fədailər, vaizlər və mütrüblər, təlxəklər fədailər təmsil edirlər.
Qocaman sənət adamı Məmməd Əfşan fədailər qrupunun nümayəndəsidir. Onun bir-birindən maraqlı və peşəkarcasına yazılmış əsərlərini - şeirlərini, poemalarını, hekayələrini, orjinal felyetonlarını, roman və povestlərini, pyeslərini və digər satirik pamfletlərini oxumuş çoxsaylı oxucular dediklərimə haqq qazandırarlar. Məmməd Əfşanı tanıyanlar onu ömrü boyu, haqqın, ədaəltin, mərdliyin, kişiliyin keşiyində dayanan mübariz fədai, döyüşkən əsgər kimi tanıyır və sevirlər. Onu tanımayan varsa onlara da mən tanıdım, qocaman, mərd və mübariz sənət fədaisini.
Kimdir Məmməd Əfşan?
O, hər şeydən öncə Vətəninin, yurdunun və millətinin Böyük vətəndaşıdır: Vətənin bir cınqısını belə dünyanın zər-zibasına, ləli-gövhərinə dəyişməyən, millətini və dövlətini candan-ürəkdən sevən mübariz əsgəridir. Və nəhayət, Azərbaycan Ədəbi mühitində öz dəsti-xətti ilə, əsərlərinin forma və məzmunu ilə, dil-üslüb zənginliyi ilə seçilən, daim haqqa-ədalətə və kişiliyə söykənən saf məhəbbətə və inayətə bağlı Vətən və millət oğludur. Müasir dünyamızı dolduran faqqı-fırıqları, dələduzları, mədəniyyət və ədəbiyyat dəlalları olan mütrübləri, hoqqabazlıqları satirik qələminin gücü ilə tənqid atəşinə tutan və milli mənəviyyatımızı yad ünsürlərdən cəsarətlə qoruyanı mücahid, ləyaqət və kişilik anlamını başından yuxarıda saxlayan kişilərdəndir.
Mən onu uzun illər bu sayaq - öz nəfsinə hakimi olan görmüşəm və daxili aləminin hər döngə-dönəminə bələd olmuşam. Məmməd Əfşan hər yerdə, hər zaman eyni formada, eyni ölçü-biçimdə, eyni xarakter-xasiyyətdədir. Sözübütövlük, gözütoxluq, qəlbiaçıqlıq, yalandan, hiylədən uzaqda duran nəyinsə xatirinə özünü gözə soxmayan insanlardandır. Həmişə və hər yerdə öz daxili dünyasının qanunları çərçivəsində yaşayır.
Yazıçının yaratdığı bütün müsbət surətlər də onun daxili dünyasından mayalanır. Onu yaxından tanıyan oxucular həmin müsbət obrazlarda Məmməd Əfşanın özünü görüb, duyurlar. Mərdlik, kişilik, cəsarət, ləyaqət, sözübütövlük onun genindən gəlib və qanına-iliyinə işləyib. Belə yaranıb, belə doğulub, belə böyüyüb. O, işgüzardır, məsuliyyətlidir, elsevər, yurdsevər, vətənsevərdir. Və dosta, yoldaşa sədaqətlidir. Əvvəllər onun müxtəlif peşə və sənət sahibləri arasında çoxlu dostları vardı. Akademik Əhməd Mahmudov, akademik Budaq Budaqov, akademiklərdən Əhliman Əmraslanov. Nizami Cəfərov, Azad Nəbiyev, Abel Məhərrəmov, professorlardan Əhməd Vəliyev, Əsədulla Qurbanov, Museyib Museyibov, Şirməmməd Hüseynov… dövlət xadimlərindən Sadıq Murtuzayev, Əhməd Əhmədzadə, Eldar Mahmudov, Musa Məmmədov, Kamil Seyidov, Feyruz Mustafayev, Fəttah Heydərov və qeyriləri şairin yaxın dostları və kitabların redaktorları olublar.
İndi onların çoxu yoxdur, Allahın dərgahına qovuşublar. Qalanlarının isə başlarıı özlərinə qarışdığından köhnə dostlarını unudublar. Bu unutqanlığı isə yazıçı zəmanədə, həyatın çətinliyində və rəngarəngliyində görür və onlardan bir çimdik də incimir.
Sevinirəm ki, Məmməd Əfşanın əsərlərinin redaktorları arasında mən də varam. Yazıçının”Milləti və dövləti sarsıdan 15 gün” «Qaçaq Tavat» povestinin redaktoru mən olmuşam və «Qaçaq Tavat»ın milil-mənəvi və əxlaqi xüsusiyyətlərini Azərbaycan qadının timsalında görmüşəm. Kahalarda, zağalarda kişi qaçaqlarla illərlə bir yerdə vuruşan, amma qaçaq dostlarından heç biri bilmir ki, o, qadındır. Qeyrət və ləyaqətini, namus və ismətini, abır və həyasını Azərbaycan qadını kimi qoruyan mərd qadındır. Mənə belə gəlir ki, Qaçaq Tavat obrazı da Məmməd Əfşanın Azərbaycan qadıınna olan böyük sevgisindən doğub.
Məmməd Əfşan nə zamanın vaizi, nə dövrün məddahı, nə həyatın yaltağı olub. Onun öz aləmi, öz dünyası var və öz dünyasında öz aləminə, öz mənəviyyatına və haqdan verilən milli dəyərlərinə, bir də Tanrı qismətinə söykənib, yaşayır. Mən bu inamı onun «Dünyaya gəlməyə ömr tələsdi» şerlər kitabındakı bir şerində görüb-duymuşam. Şair deyir:
Mən dünyanı sevib, gəldim,
Sevgim oldu mənim dərdim,
Sevə-sevə baxıb-gördüm,
Dünya mənim dünyam deyil.
Heç bilmirəm kiməm, nəyəm?
Sınıq sazam, qırıq neyəm,
Dünyaya ögey kimiyəm,
Dünya mənim dünyam deyil.
Dünya cibdən kalanındı,
Yalançının, yalanındı,
Yala yaltaq olanındı,
Dünya mənim dünyam deyil.
Məmməd Əfşanın könül dünyası, çoxçalarlı və rəngarəng deyil. Onun dünyasında ancaq iki rəng var: ağ və qara. Şair düz 85 ildir bu iki rəngin arasında yaşayır. Onun uzun ömrünün bütün döngə-dönəmlərini araşdırsaq görərik şairin ömründən keçən illərin qarası ağından qat-qat çoxdur. Körpəliyi yetimliyin, gəncliyi ehtiyacın, cavanlığı hakim sinfin tüğyanlarında, ahıllığı isə candan əziz bildiyi Vətəninin, millətinin, xain qonşular tərəfindən edilən xəyanətində, mərkəzin öz vətəndaşına qarşı bəd əməllərində və xalqın düşdüyü fəlakətlərin əzab ağrısında keçib. Bu əzablar isə onu sarsıtsa da sındırmayıb, əyib, linc eləməyir. Əksinə mətinləşdirib, sərtləşdirib. Millətin üzləşdiyi fəlakət, vətəndaşların uğradığı cəhalət düz otuz il şairi odsuz-ocaqsız yandırıb və yana-yana da külünü vərəqlərə töküb.
Azərbaycan ədəbi mühitində elə şair yoxdur ki, Məmməd Əfşan qədər inləsin və inləyə-inləyə millətin və Vətənin ağır məqamlarını torpaq, yurd həsrətini zaman və nadan tənələrini Məmməd Əfşan qədər ağrısını çəkmiş olsun. Biz bu ağrı-acıları onun «Qasım bəy Zakirə məktub», «Ay Məmməd Araz», «Səbr daşım» poemalarında, «Qaçqın Səbinəyə», «Əskparam, sağalmaz yaram», «Ağdam-Mədaim xarabaları», «Xarı bülbül”, “Qazançı», «Yurda şöhrət, mənə həsrət bulaqlar», «Yuxularda görürük» və yüzlərcə digər şeirlərində görüb-oxuyuruq və oxuya-oxuya da şairin nələr çəkdiyini duyuruq.
Məmməd Araza məktubunda oxuyuruq:
…«Bu dərddir sənintək əsdirən məni,
Tanrıdan, taledən küsdürən məni».
Rasim Bəy Zakirə: müraciətində oxuyuruq:
Ey Qasım Bəy, Əcəb dövrana çatdıq,
Beşcə ildə bir milləti qocaltdıq…
«Qaçqın Səbinəyə» şeirində deyir:
«Köçümüz yollarda hey axın-axın,
Bu necə həyatdı, bu necə gündü.
Sözü bu dünyaya sığmayan xalqın,
Özü çadırlara sığınıb indi».
«Qazançı dağı» şeirində:
«Neçə ildir, görəmmirəm o kəndi,
O ovlağı, o bərəni, o bəndi.
Daha mənim ömrüm-günüm tükəndi,
Baxa, baxa Qazançının dağınan».
Bu sayaq qəmli notlara bələnən yüzlərlə şeirləri var, şairin könül dəftərində. Allaha min şükür ki, qocaman şair, Qarabağ, Şuşa, Ağdam, Əsgəran, Xocalı, Zəngilan, Laçın, Kəlbəcər, Cəbrayıl, Qubadlı, Ağdırı, Xankəndi… dərdləri kimi, Əskipara dərdi də onun üəryindəki yurd ağrılarını sevinc nidalarını döndərdi. Aşağı Əskipara və ona qonşu olan üç kənd Azərbaycana qaytarıldı.
Bu fərəhli gündə Məmməd Əfşanın sevincinə şərik olmaq üçün təqribən il yarımdı yataq xəstəsi olan qocaman ədibə baş çəkdim. O, divana söykənib nəsə yazırdı:
- Salam Şair, yenə nə yazırsan?
Sözümü zarafatla cavablandırdı:
- İndi hərəyə bir şey düşüb. Mənə də işləmək, yazmaq.
- Gözün aydın, doğma Aşağı Əskipara kəndi də davasız-şavasız geri alındı. Özümüzə qaytardıq.
- Sən də çox sağ ol. Orada hər şeydən əvvəl otuz ildə gözləri yolda, qulaqları səsdə olan anamın qəbrinə baş çəkib, ruhunu sevindirmək istəyirəm. Bilmirəm xəstəliyim buna imkan verəcək, ya yox?
- İnşallah verər.
- Ayaqlarım yeriməsə də, ilanlar-çayanlarsayaq sürünə-sürünə gedəcəyəm, doğma kəndə…
- Uzun illərdə Azərbaycan mətbuatında və ədəbiyyatında külüng vurursan. Neçə illərdi Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüsən. Xəstə olan vaxtı həmin birliklərdən sizə baş çəkən, əhval bilən olubmu?
- Ətöbə! Üç-dörd nəfər yaxın dostum -Akademik Nizami Cəfərovdan, xalq şairi Nəriman Həsənzadədən, professor dostlarım İlham Pirməmmədov və Taryel Pənahovdan savayı, nəinki, gələn, heç soruşan da olmayıb. Neçə aydır yataq xəstəsiyəm, dostları görməyə böyük ehtiyac duyuram. Heç nəyə ehtiyacım yoxdur. Təkcə dostlarıa həsrətəm. Övladlarım və həyat yoldaşım mənə yaxşı baxırlar. Amma mən ayrı şeydən gileyliyəm. Elə bil bu həyatda Məmməd Əfşan adlı, haylı-haraylı, səsli-küylü bir yazıçı şair, publisistik və satirik olmayıb. Amma mən yaşayıram əv yenə də yazıb-yaradıram. Düz beş ildir «Kirpi» jurnalının Baş redaktoruyam. Son vaxtlar yeriməyim olmadığına görə jurnalı öz evimdə hazırlayıb redaktə edirəm. Özü də pulsuz-parasız. Unudulmayım, itməyim deyə. Hamı bilsin ki, satiramızın yeganə «mogikanı» Məmməd Əfşan ölməyib, sağdır.
-Görünür, Sizin xəstəliyinizi bilmirlər…
- Bu il, iyun ayının 27-də mənim 85 yaşım tamam olur. Təribən üç ay əvvəl Yazıçılar Birliyinin sədri Anar Rzayevə xatırlatma məktubu göndərdim və ondan xahiş etdim ki, son 85 illiyim Yazıçılar Birliyində qeyd eləsin.
-Eşitdiyimə görə məktub birliyin dəftərxanasına çatıb və onu Anara veriblər. Görünür Anarın başı qarışıq olub. Bu il onun da 85 yaşı tamam olur, dövlət səviyyəsində qeyd ediləcək.
- Bəlkə dövlətə müraciət edəsiniz?
- Mən dövlət adamıyam məyər? Dövlət siyahısında nə adım var, nə də mükafatım, ödülüm…
Bir də ömrüm boyu özüm barədə heç kəsə müraciət etməmişəm.
Mən güldüm və zarafatla dedim:
- Şair, elə ona görə ödülsüz, mükafatsız, fəxri adsız qalımsan də. İndi adamlar var, qapıdan qovurlar, bacadan dürtülür. Ad-san, şərəf-şan istəyir, ödül, mükafat davası eləyir.
- Məni o sayaq sırtıqlarla qarışıq salma, əziz dost! -Eşitmişəm Siz mənzil üçün Ulu Öndərə - Heydər Əliyev cənablarına xahiş etmisiniz.
- Xahişi mən yox, Şərəf Rəşidov etmişdi. Mənzilimin olmadığını Özbəkistan Respublikasının rəhbəri, çox hörmətli Şərəf Rəşidov ulu öndərin yadına salmışdı.
Sən demə, o görüşümüzdən sonra Heydər Əliyevə şəxsi dostluq məktubu yazıb və məktubda mənim mənzilim olmadığını deyib və mənə şəhərin mərkəzində dörd otaqlı mənzillə təmin edilməyimi dostundan xahiş etmişdi. Heydər Əliyevdə bir qayda olub, yuxarılardan kimsə kimlərin barəsində xahiş etməsini qəbul etməyib. Ona görə dostundan gələn məktubu oxuyanda : «Bu hardan çıxdı? Öyrənin görün həmin şəxs kimdir».
Yoxlanılır və məlum olur ki, mənim mənzilə böyük ehtiyacım var. Şəhərdə yeni tikilən binaların birində mənə mənzil ayrılmasını tapşırır.
- Maraqlıdır, Şərəf Rəşidov hara, sən hara?
- Bu uzun əhvalatdı. Nigaran olmayasan deyə, o əhvalatın ucundan, qulağından deyəcəyəm. Özbəkistanın xalq yazıçısı Həmid Qulamla yaxın dost idik. Həmid Qulam 1981-ci ilin aprelində özünün 60 illik yubileyinə şəxsi qonaq kimi məni də dəvət etmişdi. Yubiley Daşkənd opera və balet teatrında qeyd olunurdu Özbəkistan KP. Mərkəzi Komitəsinin birinici katibi Şərəf Rəşidov həmin yubileydə səhnə arxasına gələrk qonaqlarla görüşdü. Dostum yubliyar məni birinci katibə təqdim edərək:
- Şərəf Rəşidoviç, tanış olun, mənim yaxın dostum, oğlum əvəzi Məmməd Əfşandır.Bakıdan gəlib.
Şərəf Rəşidov mənə diqqətlə baxıb:
- Məmməd Əfşan budur?
- Bəli, Sizə demişdim. Həmin şair Məmməd Əfşandır.
Şərəf Rəşidov bir daha əlimi sıxıb:
- Şeirlərini bizim qəzetlərdə oxumuşam. Çox xoşuma gəlib. Sükanı möhkəm tut! Yoldaş Heydər Əliyev sizə necə baxır?
- Çox sağ olun, Siz də, Heydər Əliyev də. Bizim birinci katib ədəbiyyat və incəsənət işçilərinə həddən artıq xoş münasibət bəsləyir.
Dostum sözümü kəsdi:
- Şərəf Rəşidoviç, dedi: «Mənim oğul əvəzi dostumun mənzil şəraiti ağırdı. Bakıda olanda, dotumu ziyarət etdim. Şəhərdən 15 kilometr aralıda altı baş ailə üzvü ilə yarım zirzəmidə-iki otaqlı mənzildə yaşayır».
Şərəf Rəşidov xoş təbəssümlə güldü:
- İndi Yaşamaz! Mən yoldaş Heydər Əliyevdən xahiş edərəm, dostumuza şəhərin mərkəzində dörd otaqlı mənzil verər, - deyib, başqa qonaqlarla tanışlığı davam etdi. Mən bu söhbətdən dostumdan incisəm də ox kamandan çıxmışdı.
- Nahaq dedin mənzil söhbətini.
Dostum gülə-gülə dedi:
- Şərəf Rəşidov, çox gözəl, mehriban və sözünəbütöv şəxsiyyətdir. Nə dedi onu da eləyər…
Üç gündən sonra mən Bakıya qayıtdım və «Kirpi» jurnalında işimi davam elədim. Təqribən iki aydan sonra məni Azərbycan KP bildirdilər ki, Mərkəzi Komitəsinin Təşkilat Partiya işi şöbəsinə çağırdılar.
Deyilən vaxt MK-nın binasına getdim, məni şöbə müdiri İsmayıl Əsgərov qəbul edib, Özbəkistana niyə getdiyimi, kimlə göürşdüyümü yerli-yataqlı soruşdu. Mən əhvalıt necə olmuşdu o sayaq da danışdım. Söhbət qurtaran da Əsgərov daxili telefonla mənim gəldiyimi kiməsə xəbər verdi və mənə dedi yoldaş Puqaçov - Yuri Nikolayeviç bizi gözləyir.
Puqaçov Azərbaycan KP MK-nin ikinci katibi idi. O, məni dinləyəndən sonra iki məktub çıxartdı:
- Sənin barəndədir dedi - Birini Şərəf Rəşidov, o birin də dostun Həmid Qulam Heydər Əliyev yoldaşa ünvanlayıb.
Heydər Əliyeviç də sənin yaşadığın mənzilin, doğrudan da yararsız və ailə üçün darısqal olduğunu nəzərə alıb və dörd otaqlı mənzil ayırılmasını tapşırıb.
Mən təəccüblə soruşdum:
- Yuri Nikolayeviç! Bu necə ola bilr?Mən Bakı şəhərində pasport qeydiyyatında və mənzil növbəsində deyiləm. Yoldaş Əliyev kimin qanuni mənzilini mənə verir? Mən o mənzili qəbul edə bilmərəm.
- Sən axmaqsan. Mənzil sənə ayrılıb.
Mən qanunsuz mənzilə köçə bilmərəm.
Puqaçov çox diqqətlə üzümə baxıb, önümə bir ağ vərəq itələdi:
- Dediyini yoldaş Heydr Əliyevə yaz.
Mən qələmi götürüb yazdım:
- Çox hörmətli Heydər Əliyeviç, Siz də, Şərəf Rəşidov və Xalq yazıçısı Həmid Qulam da mənə qayğı-sayğı göstəriblər. Hər üçünüzə təşəkkür edirəm. Amma, Bakı şəhərində mənə mənzil düşmür. Ona görə ki, mən Bakı şəhərində pasport qeydiyyatım və ev növbəm yoxdur.
Yazdığıma imza atıb, vərəqi Puqaçova verdim. Yuri Nikolayeviç vərəqə diqəqtlə baxıb başını buladı:
- Çox maraqlı adamsan. Gedə bilərsən, - dedi.
Həmin günün səhəri məni Oktyabr rayon Komitəsinə çağırıdlar. Xüsusi qərarla məni pasport qeydiyyatına və ev növbəsinə götürdülər. Bu, Heydər Əliyevin tapşırığı imiş. Həmin növbə ilə 1990-cı ildə indi yaşadığım mənzili aldım.
Baxın! Bunu, bütün ömrünü vicdanın səsi ilə yaşayan Məmməd Əfşan edə bilərdi. Eləyib də.
İndi bir neçə gündən sonra həmin mərd və dönməz kişinin 85 yaşı tamam olur. Azərbaycan mətbuatının və Azərbaycan ədəbiyyatının külüngvuranı. Məmməd Əfşan, özünün dediyi kimi, bu son yubileyi Azərbaycan mətbuatından və ədəbiyyatından xəbərsiz öz mənzilində öz ailəsi - oğlu, qızları və nəvələri ilə birgə səssiz-səmirsiz qeyd edirlər. Bu da belə bir həyatıdı, yaşayırıq!
Biz «Kirpi» jurnaılınn kiçik kollektivi də Məmməd Əfşan ailəsinə qoşulub qocaman yazıçıya, şair-publisistə və satirikə can sağlığı, müdriklik və iti qələm arzulayır, həmişə yaşa, var ol Məmməd Əfşan- deyirik.
Arzuman Loğmanoğlu
Sozcu.info
Azercell-in dəstəyi ilə daha bir “İnformatika Düşərgəsi” baş tutub
MSK: daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
"Xəbər bizi son dərəcə sarsıtdı" - İlham Əliyev
Xaçmazın polis rəisi təqaüdə göndərildi - Yeni təyinat
Leyla Əliyeva Keniya prezidenti ilə görüşüb - FOTOLAR
Şuşa şəhərinə nöbəti köç olub
Azərbaycanla Rusiya arasında “Şimal-Cənub”la tranzit yükdaşımalarına dair saziş imzalanıb - DETALLAR + FOTO
Fidan Almaniya XİN başçısı ilə görüşdə Bakı ilə İrəvan arasındakı müzakirədən danışdı: "Hər kəs tərəfsiz şəkildə..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ HTŞ liderinin başına qoyduğu pul mükafatıni geri çəkdi - Colani "qara siyahı"dan çıxarıldı
Viktor Orban: “Atəşkəslə bağlı Rusiyanı razı saldıq” - "İndi əsas məsələ Trampın başına bir iş gəlməməsidir”
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Professorun meyiti çaydan tapılıb - Xanımı araşdırma tələıb edir
İran vətəndaşı Azərbaycanda saxlanıldı - VİDEO
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTOLAR
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi cərimələnib
Dövlət Su Ehtiyatları Agentliyində qanunsuzluqlar üzə çıxdı - Rəsmi yoxlama materialları yayıldı
Hərbçimiz şərti sərhəddə minaya düşüb - MN açıqladı
Təhsil Tələbə Krediti Fondunda milyonluq nöqsanlar üzə çıxdı - PALATA YOXLAMA FAKTLARINI AÇIQLADI
Ölkə tarixində ilk nudist film nümayişi çılpaq izlənilib - FOTO
Güclü külək olacaq- Xəbərdarlıq
Çin Xalq Respublikasının sədri İlham Əliyevə məktub göndərdi - MƏTN
BU SƏFİRLƏR GERİ ÇAĞIRILDI - Yeni təyinatlar (SİYAHI, FOTO)
Konfrans Liqasında püşkatma: rəqiblər bəlli oldu
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - Sərəncam
Prezident Yaşar Əliyevi yeni vəzifəyə təyin etdi - Sərəncam
İlham Əliyev “Tibbi sığorta haqqında” qanuna dəyişikliyi təsdiqləyib
Ali Məhkəmənin Plenumunun növbəti iclası: nələr müzakirə olunub?
Prezident təsdiqlədi: onların birdəfəlik müavinət məbləği artırılıb
"Miss Azerbaijan 2019"un qalibinin yeni fotosu gündəm oldu - FOTO
Hakan Fidan Suriyaya gedir: "Yeni administrasiya tək buraxılmayacaq"
Deputat Könül Nurullayeva sədri vəzifəsinə seçilib
Pentaqon rəsmisi: "Suriyada 2 min hərbçimiz var"
173 tələbənin təhsil kreditinin tam yarısı bağışlanıb
Qəzzada ölənlərin sayı artıb
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib (Yenilənib)
Xaricə çıxarılan daha 41,3 milyon dollar Azərbaycana qaytarılıb
Komitə sədri generalın oğlunu vəzifədən çıxarıb
Tiktoker Aybənizlə Xaliq arasında qalmaqal böyüyür
Deputat: "İki uşağı olanlar da hərbi xidmətə çağırılmamalıdır"
Milli Məclisin növbəti plenar iclasının vaxtı bəlli olub
Vergi Məcəlləsinə dəyişiklik qəbul edilib