Boliviyada çevriliş etmək istəyən hərbçilər qandallandı, Prezident bəyanat yaydı: "Qazandığımız demokratiyanı heç kim əlimizdən ala bilməz"
27-06-2024 [10:19]
Boliviyada bir qrup hərbçi dövlət çevrilişinə cəhd edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hərbi çevrilişə girişən hərbçilərlə toqquşma baş verib.
Məlumata görə, hərbi üsyana iyunun 25-də vəzifəsindən uzaqlaşdırılan keçmiş ordu komandiri Xose Zuniqan rəhbərlik edib: "Artıq o və yaxın ətrafı həbs olunublar...".
Siyası təlatümlə bağlı hökumət sarayının eyvanından xalqa müraciət edən ölkə prezident Luis Arce bildiirb ki, ölkəsində əsla belə bir halın təkrarlanmasına imkan verilməyəcək:

"Bütün bütün çevriliş cəhdlərini məğlub edəcəyik. Onların etdikləri ölkənin beynəlxalq imicinə xələl gətirməkdir. Bu gün beynəlxalq ictimaiyyət və Boliviya xalqı dövlət çevrilişinə cəhdin şahidi oldu. Biz komandamız və nazirlərimizlə demokratiyamızı təhdid edən çevriliş cəhdlərinə qarşı mübarizə aparmaq üçün buradayıq. Heç kim qazandığımız demokratiyanı əlimizdən ala bilməz. Boliviya xalqı bizim demokratiya çağırışımızı cavabsız qoymadı və birlikdə buna qarşı çıxdı. Biz imkan verə bilmərik ki, belə çevriliş cəhdləri bir daha baş versin. Yaşasın demokratiya, rədd olsun çevrilişlər!".
Boliviya mətbuatında dərc olunan xəbərlərə görə, çevriliş cəhdinə rəhbərlik etməkdə günahlandırılan keçmiş ordu komandiri Xose Zuniqan saxlanılıb: "O, Baş Qərargahdan çıxarılaraq polis maşını ilə prokurorluğa aparılıb..."
Ordunun yeni Baş qərargah rəisi təyin olunan Sançes isə küçə və meydanlarda olan bütün əsgər və şəxsi heyətə öz hissələrinə qayıtmalarını əmr edib: "Biz bu gün böyük bir məsuliyyət altına girdik. Belə bir vəzifəyə layiq görülməkdən qürur duyuram. Bizə güvəndikləri üçün prezidentə və müdafiə nazirinə təşəkkür edirik. Heç kimin görmədiyi görüntülərlə qarşılaşırıq. Ordunun yeni komandiri olaraq, hər hansı bir çevrilişə cəhdə imkan verməyəcəyimizi hər kəsin bilməsini istəyirəm...".
Zülfiyyə
MİA.AZ
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı