Ərdoğan islam ölkələrini tənqid elədi: "İsrail indi gözünü Livana dikib" - "Bu plan, açığı, böyük fəlakətlə nəticələnəcək"
27-06-2024 [00:05]
“Görünür, Qəzzanı yerlə-yeksan edən İsrail indi gözünü Livana dikib”.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiyası qarşısında çıxşında deyib.
Ərdoğan bildirib ki, yeməyə bir tikə çörək tapa bilmədiyi üçün dərisi kürəyinə yapışan qəzzalı uşaqların fotosu müasir dünyanın rüsvayçılıq kitabına düşüb: "Bu foto təkcə qlobal sistemin iflası deyil, həm də İslam dünyasının acizliyinin simvolu kimi ağrı ilə yadda qalacaq. Tarix boyu atalarımız Fələstini qoruduqları kimi, Türkiyə Cümhuriyyəti də yarandığı gündən Fələstini qorudu, inşallah biz də Fələstini eyni ruhla, eyni əzmlə və eyni cəsarətlə qoruyaq. çıxacağıq".
Türkiyə liderinin sözlərinə görə, Fələstində işğal və qırğın siyasəti davam etdikcə dünyanın heç bir yeri təhlükəsiz olmayacaq: "İsrailin qanunsuzluğuna ən təsirli cavab Fələstin Dövlətinin tanınmasıdır. Ümid edirik ki, Norveç, İrlandiya və Sloveniyanın göstərdiyi vicdanlı münasibət bütün Avropaya nümunə olacaq. Baş nazir, cənab Paşinyanın rəhbərliyi altında Ermənistanın Fələstin Dövlətini tanımaq qərarından məmnunuq. Alınan və elan edilən son qərarlarla 149-a yüksələn tanınma addımlarının çox əhəmiyyətli olduğunu bildirirəm. İnşallah daha çox ölkənin Fələstini tanıması üçün təmaslarımızı davam etdirəcəyik.
Mən burada bu xəbərdarlığı etməliyəm; belə görünür ki, Qəzzanı viran qoyan İsrail indi gözünü Livana dikib. Qərb dövlətləri kameralar qarşısında fərqli danışsalar da, biz görürük ki, pərdə arxasında İsrailin kürəyini sığallayır, ona dəstək verirlər. Sözə gəlincə, azadlıqdan, insan haqlarından, ədalətdən danışan dövlətlərin Netanyahu kimi ruhi xəstənin əsiri olması son dərəcə ağır və acıvericidir. Netanyahunun Qərbin razılığı ilə müharibəni bölgəyə yaymaq planları, açığı, böyük fəlakətlə nəticələnəcək. Bu qanlı planlara qarşı Qərbdən əvvəl İslam dünyası və Yaxın Şərqdəki qardaş ölkələr reaksiya verməlidir. Amma təəssüflə müşahidə edirik ki, İslam dünyası sanki üzərinə ölü torpağı səpilmiş kimi davranır. Biz İsrailə bu fürsətə imkan verməməliyik. Türkiyə qardaş Livan xalqının və dövlətinin yanındadır. Mən regionun digər ölkələrini Livanla həmrəy olmağa dəvət edirəm...".
Samir MUSAYEV
MİA.AZ
Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək
Bu bankların əmlakları satışa çıxarıldı - SİYAHI
MAY AYINDA 14 GÜN QEYRİ-RƏSMİ İŞ GÜNÜ OLACAQ
Şəkidə yaşayış evində partlayış lub - Bir neçə nəfər xəsarət alıb
Əli Əsədov xarici media subyektləri barədə qərar imzaladı
Məhərrəm ayı nə vaxt başlayır?
Rusiya bu məhsulun ixracına qoyulan qadağanın müddətini uzadıb
MASAZIRDA EVLƏR SU ALTINDA QALIB - VİDEO
SABİQ DEPUTATIN HƏBSDƏ VƏZİYYƏTİ AĞIRLAŞIB: "Oksigen aparatı qoşulub" - Həyat yoldaşı Prezidentə müraciət etdi
"Havadaikən bizə məlumat verdilər..." - İtaliya ABŞ qırııclarına enişə icazə verməyib
“Space”də yeni təyinat - Pərvin İsmayılova direktoru təyin edilib
65 yaşlı qadını zorlayıblar - Baş prokurorluq açıqlama yaydı
"Patent haqqında" qanun dəyişdi - Prezident təsdiqlədi
Bakıda qardaş qardaşı güllələyib (Yenilənib)
Taksilərlə bağlı daha bir dəyişiklik - Sərəncam imzalandı
Sabahın hava proqnozu açıqlandı
Prezident İlham Əliyevdən daha bir sərəncam - Dəyişiklik
ONLARA PREZİDENT TƏQAÜDÜ VERİLƏCƏK - Fərman + DETALLAR
ÇİN XİN başçısı Pakistan XİN başçısı ilə bir arada: “İrana hücum dərhal dayanmalıdır”
Xocavəndə növbəti köç olub
İran: “BƏƏ, Bəhreyn və Küveytdə ABŞ-ın…” - İsrailə aid gəmi vurulub
CHP sədri Kosovoya səfərini son anda təxirə saldı - Bələdiyyə sədrinin həbsinə görə
Amerikada sorğu: əhali Donald Trampın fəaliyyətindən narazıdır
“Göztepe” komandası dağıldı - 11 oyunçu ilə yol ayrıldı
Türkiyədə FETÖ əməliyyatı: saxlanılanlar var
Zaur Axundov ev dustaqlığında qaldı - Həbs müddəti uzadıldı
İsmayıllıda ağır qəza: iki nəfər ölüb, xəsarət alanlar var
Araz Ağalarov həyat yoldaşından ayrılıb - Yenidən evləndi (FOTO)
Dövlət katibi: “Müctəba Xameneinin hakimiyyətdə qalıb-qalmayacağı qeyri-müəyyəndir"
ABŞ-ın Venesueladakı səfirliyi açıldı - 7 ildən sonra
Türkiyədə daha bir CHP-li bələdiyyə sədri tutulub - FOTO
Jurnalist ADSEA-ya su matoru aldı, icra başçısının rayondan xəbəri olmadığını iddia etdi: "Bu qədər məmur məsuliyyətsizliyi..."
YAP-ın QURULTAYININ VAXTI DƏQİQLƏŞDİ
16.7 MİLYONA BAŞA GƏLƏN 22 KM-lik YOL ELƏ GÜNƏ DÜŞDÜ Kİ... - 5 yaşayış massivinə gediş-gəliş qapadıldı (VİDEO)
Prezident bu fotonu paylaşdı
Xarici İşlər Nazirliyi bəyanat yaydı