Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
26-06-2024 [00:07]
Qoç - Ən adi, rutin məsələlərin həllində ekstravaqant çözüm yollarından yararlansanız, problemlərin öhdəsindən gələcəksiniz. Maliyyə məsələləri, sərmayə layihələri üçün əlverişli zamandır. Əlavə gəlir istisna deyil. İdeyalarınızı praktikada yoxlayın. Günün ikinci yarısında real gəlir əldə edə bilərsiniz. Axşam saatlarında sevdiyiniz insanla gəzintiyə yollanın. Əsəblərinizi cilovlayın.
Buğa - Qarışıq, mürəkkəb zamandır. Astagəl olmayın, sürətlə hərəkət edin. Xəbərləri dinləyin, gələn məlumatları saf-çürük edin, hadisələrə təsir imkanlarına malik insanlarla görüşün. Şəriklərinizin əhvalını və ən mühümü - fikirlərini nəzərə alın. Sözlərinizə diqqət yetirin. Günün ikinci yarısında həmkarlarınızı rəncidə edəcək söhbətlərə qatılmayın. Situasiyada münaqişə elementləri var. Hər şeyi səbəbsiz yerə dramatikləşdirməyin. Şəxsi münasibətlərdə nəyisə tələsdirməyin. Bəzən ehtiyatlı olmaq gərəkdir. Aqressiyaya və qeybətə meylli insanlardan uzaq durun.
Əkizlər - Yorucu, usandırıcı, rutin işlərlə dolu gündür. Yaxın ətrafınızdakı insanlar sizinlə bağlı bəlli gözləntilərə malikdirlər. İşlərin öhdəsindən gələ bilmədiyinizi anlayırsınızsa, dostlara yardım üçün müraciət edin. Günün ikinci yarısında praktiki fəaliyyəti ünsiyyətdən üstün tutun. Yaşam və iş məkanlarında qayda yaradın. Yeni layihənin detallarını qaydaya salmaq üçün səbrli olun. Ailə üzvlərinin sizə ehtiyacı var. Səhhətinizin qeydinə qalın.
Xərçəng - Ətrafınızdakı vurnuxmanın adi elementinə çevrilməyin. Plan çərçivəsində hərəkət edin. Öhdəlik və vədlərinizi unutmayın. Etibar etdiyiniz insanların gözləntilərini aldatmayın. Görüşə gecikməyin. Günün ikinci yarısında qəza, travma riski var. Şəraiti səbəbsiz yerə gərginləşdirməyin. Mübahisələrə qatılmayın, münaqişədə tərəf tutmayın. Hissiyyata qapılaraq sonradan ağır fəsadlara səbəb ola biləcək addım atmayın. Problemlərin həllinə yaradıcı yanaşsanız, çətin vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz. Enerjinizi boşuna xərcləməyin. Ev işləri ilə məşğul olun.
Şir - Ehtiyatlı olun. Sizi iradənizə zidd olaraq avantüraya cəlb edə bilərlər. Pullarınızı yanlış yatırma riski var. Sərfəli olmayan alışlar etməyin. Gərəkli işlə məşğul olun. Ciddi qüvvə və vaxt alan məhğuliyyəti unudun. Lazımi nəticə əldə etmək üçün var qüvvənizlə çalışın. Günün ikinci yarısında abstrakt ideyaların əsirinə çevrilməyin. Məlumat axtarın, interneti ələ-vələk edin. Yaxın gələcəkdəki fəaliyyətin istiqamətlərini tərəfdaşlarla müzakirə edərək ən uğurlu variantı seçin. Ailə üzvlərinin səhhəti bu gün həssas məsələdir. Uşaqlarla və qocalarla ünsiyyətdə şəfqətli olun. Evdəkilərin işinə yarayacaq insan olun.
Qız - Yaşamın müəyyən təfərrüatlarına diqqət yetirin. Narahatlıq, uğursuz şərtlər istisna deyil. İşgüzar aktivliyiniz ifrata varmamalıdır. Bir müddət fasilə edin. Yaxın gələcəklə bağlı planlarda dəyişikliklər zamanıdır. Günün ikinci yarısında situasiyanı təhlil edin. Mübahisələr, durumun aydınlaşdırılması üçün müzakirələr vaxtınızı alacaq. Ailə üzvləriniz sözlərinizi yanlış anlaya bilərlər. Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - Xərclərinizi artırmayın. Yaxınlarınızdan qayğınızı əsirgəməyin. Sürətlə inkişaf edən prosesi donuq nəzərlərlə seyr etməyin. Dəyər verdiyiniz insanın maraqlarını nəzərə alın. Yaxşılıq müqabilində heç nə gözləməyin. Günün ikinci yarısında şəfqət və ya səxavətiniz adekvat dəyərləndirilməyə bilər. Sürətli dəyişikliklər və bəzi uğurlu olaylara rəğmən ziddiyyətlərdən xali olmayan vaxtdır. Yeniliklərin optimal olması üçün əlinizdən gələni edin. Qarışıq, dolaşıq maliyyə sxemlərinə qoşulmayın. Yaxşı tanıdığınız insanlarla çalışın.
Əqrəb - İstədiyinizdən artıq vaxtı ünsiyyətə sərf etməli olacaqsınız. Qarşılıqlı əlaqələrin, təmasların bir neçə kanalını nəzarətdə saxlayın. Yaxın ətrafınızdakı insanların sizinlə bağlı ifrat gözləntiləri var. Öz problemlərinizin həlli ilə məşğul olmağınız bəzilərini qıcıqlandıra bilər. Başqalarının maraqlarını təmin etməyə can ataraq öz mənafelərinizi unutmayın. Günün ikinci yarısında maneələri dəf edəndə qətiyyətli olun. Hər deyilən sözə fikir verməyin. İmicinizə fikir verin, nüfuzunuzu zədələyə biləcək addımlar atmayın. İntuisiyanızın səsinə qulaq asın.
Oxatan - Günün ilk yarısında yaşananları laqeyd, süst şəkildə seyr etməyin. Aktiv olun, ətrafınızdakı insanlara fikir verin. Dəyər verdiyiniz şəxsə təzyiq göstərməyə çalışmayın. Olayların süni təkanlara ehtiyacı yoxdur. Günün ikinci yarısında kiməsə dərhal yardım etmək istəyiniz əks reaksiya doğura bilər. Narazılıq, sizin hesabınıza nəyəsə nail olmaq istəkləri ilə qarşılaşacaqsınız. Başqalarının səhvlərinə görə utanmayın. Pullarınızdan başqalarının faydalanmasına imkan verməyin. Axşam saatlarında normal istirahət edin.
Oğlaq - İstəklərinizə nəzarət edin. Praktik olun, durumu normal qiymətləndirin. Alış-veriş üçün əlverişli zaman deyil. Bir müddət sonra cazibəsini və aktuallığını itirəcək əşyaya çox pul verməyin. Günün ikinci yarısında mümkün qədər çox informasiya əldə etməyə çalışın. Təmaslarınıza məhdudiyyət qoymayın. Dostlarla görüşmək istəyirsinizə, müzakirə ediləcək mövzunu dəqiqləşdirin. Ümumi maraqlar irəliləyişə təkan verə bilər. Axşam saatlarında internetdə çox vaxt keçirməyin.
Dolça - Həyəcan və emosiyaların bol olacağı gündür. Artıq söz deməmək üçün özünüzü ələ alın. Bədxahlar, sizə qarşı məkrli davranan rəqiblər durumdan istifadə edə bilərlər. Ünsiyyət çevrəsini yanlış seçməyin. Həddən ziyadə səmimi olmayın. Günün ikinci yarısında öhdəlikləri və vədləri unutmayın. Zərərli vərdişlərdən, pis əlaqələrdən qurtulmaq üçün yaxşı zamandır. Zərurət yaranarsa, maliyyə və əmlak məsələlərini tərəfdaşla, şəriklə müzakirə edə bilərsiniz. Axşam saatlarında normal istirahət edin.
Balıqlar - Dostlardan birinin davranışı və sözləri sizi təəccübləndirəcək. Bu adam sizdən faydalanmaq, vəziyyətdən sui-istifadə etmək istəyir. İşdə həmkarlarınızla normal davranın. Situasiyaya total nəzarət xülyalarını unudun. Günün ikinci yarısı kollektiv fəaliyyət üçün münasibdir. Liderlik iddiasına düşməsəniz, hər şey yaxşı olacaq. Axşam saatlarına yaxın yaxınlarınız sizə yardım etməyə çalışacaqlar. Onlara azad seçim imkanları yaradın. Yorğunluq, işgüzar aktivliyin azalması hissləri olacaq. Bir qədər dincəlin.
Milli.Az
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır