Nazir Ali Məhkəmənin keçmiş Aparat rəhbərini özünə müşavir götürüb - FOTO

img

25-06-2024 [12:40]


Ədliyyə Nazirliyində daha bir kadr dəyişikliyi olub.

Mia.az xəbər verir ki, nazir Fərid Əhmədov Elvin Hətəmzadə özünə müşavir təyin edib.

Məlumata görə, E.Hətəmzadə 1987-ci ildə anadan olub. ABŞ-nin Park Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr, Vaşinqton Universitetinin hüquqşünaslıq ixtisası üzrə magistr dərəcələrini fərqlənmə diplomları ilə bitirib.

2012-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Hüquq İdarəsində müxtəlif vəzifələrdə işləyib. 2020-ci ilin iyun-oktyabr aylarında Ali Məhkəmədə Beynəlxalq əlaqələr şöbəsinin müdiri, həmin ilin oktyabr ayından isə Ali Məhkəmənin Aparat rəhbəri vəzifələrində çalışıb.

Həmçinin 2016-2020-ci illərdə ADA Universitetində pedoqoji fəaliyyətlə məşğul olub, bir sıra elmi-tədqiqat məqalələrinin müəllifidir.

E.Hətəmzadə ABŞ-nin Nyu-York ştatının və Vaşinqton federal dairəsinin Vəkillər Kollegiyasının, ABŞ-nin Nyu-York ştatının Vəkillər Assosiasiyasının və Amerika Vəkillər Assosiasiyasının üzvüdür.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
14:06 24.10.2024

Oktyabrın “Ulduz”u

12:22 24.10.2024

Sabah yağış yağacaq