Türkiyədə kürəkən dəhşət saçdı: bir ailəni yox etdi, uşağı qaçırdı (FOTO)

img

24-06-2024 [09:55]


Türkiyənin Adana şəhərinin Seyhan rayonunda qan donduran hadisə baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 20 yaşlıı arvadı ilə boşanma ərəfəsində olan Hakim A. adlı şəxs mübahisə zəminində arvadını, qayınatasını, qayınanasını və qaynını tapança ilə vuraraq öldürüb. 

Məlumata görə, o, hadisə günü qayınatasının evinə gedərək balaca övladının ondan nədən gizlədildiyinin səbəbini soruşub: "Bu zaman 20 yaşlı həyat yoldaşı Şükran onunla kobud davranıb. Mübahisəyə 51 yaşlı qayınatası Turqut, qayınanası Leyla  və qaynı, 18 yaşlı Muhammet də qatılıb. Son nəticədə qəzəbini boğa bilməyən kürəkən tapançanı çxararaq qətliam törədib. O, adıçəkilənlərin hamısını güllələyərək öldürüb və daha sonra evdə olan övladını da götürərək qaçıb".

Xəbərdə deyilir ki, baş verən hadisədən bir neçə gün ötsə də, qatil hələ də tapılmayıb.

Firudin Səfərli

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR