Sabirabadda məktəbli ölümcül döyülüb - Ata nazirə üz tutdu: "Əminəm ki, Siz kasıb bir atanın fəryadına haray verəcəksiniz..." - FOTO
25-06-2024 [11:51]
Sabirabad rayonunun Xələfli kəndində məktəbli döyülüb.
Bu barədə Mia.az-a kənd sakini Samir Nurullazadə məlumat verib.
O, Mia.az vasitəsilə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova üz tutaraq, 2007-ci il təvəllüdlü oğlu Siyasət Nurullazadənin 05 iyun 2024-cü ildə rayonun Xəlfəli kənd orta məktəbində iki nəfər tərəfindən ölümcül döyüldüyünü bildirib:
"Dərs vaxtı oğlumu təkləyib döyüblər, burnu sındırılıb, bədəninin mücxətlif nahiyələrində hələ də sağalmayan xəsarətlər var. Həmin günü mənə məktəbdən zəng eidb dedilər ki, bəs oğlunun vəziyyəti ağırdır, təcili özünü çatdır. Dərhal DİN-in 102 xidmətinə zəng edib, məlumat verdim. Məktəbə çatandan az sonra rayon polis şöbəsindən zəng gəldi, dedilər uşaqla bura gəlin. Əmisi uşaqla polisə getdi, orada oğlumun vəziyyəti pisləşdiyindən xəstəxanaya göndəriblər...".
Şikayətçi yazır ki, oğlu iyunun 5-dən 12-nə qədər Sabirabad rayon mərkəzi xəstəxanasında yatıb: "Lakin oğlumun ağırları çox olmasına baxmayaraq, 12-dən sonra onu xəstəxanadan çıxarmaq istədilər. Biz də TƏBİB-ə şikayət elədik. Şikayətdən sonra bizi Respublika Kliniiki Xəstəxanaya yönləndirdilər. Ancaq burada gah xəstəxananın köçürülməsi, gah da "uşaq evdə də müalicə olluna bilər" bəhanəsi ilə bizi qəbul etməkdən imtina etdilər. Məcbur qalıb, TƏBİB-ə təzədən şikayət ünvanladıq. Bundan sonra bizi bu dəfə Qarayev adına 2 saylı xəstəxanaya yönləndirdilər. Həmin xəstəxananın baş həkimi Azər Xudiyev rengendən sonra uşaqdakı burun sınığını təsdiqlədi. bunun sənədini də təqdim edə bilərik. Lakin xəstəni xəstəxanaya qəbul eləməkdən imtina elədi. Açıq dedi ki, aparın Sabirabadda müalicə etdirin. O, eyni zamanda, bizə verdyi sənədə uşaqdakı xəsarət izləri ilə bağlı Nəsimi rayon Polis İdarəsini məlumatlandırdıqlarını yazıb. Lakin indiyə qədər nə Sabirabad, nə də Nəsimi rayon Polis İdarəsi hadisə ilə maraqlanmayıblar. Daha dəqiqi, hadisənin ilk günü istisna olmaqla, qalan günləri Sabirabad polisi özünü elə apardı ki, guya belə bir hadisə, ümumiyyətlə, baş verməyib. Oğlumu ölümcül hala salan uşaqlar isə kənddə qürrələnərək "gördünüz, nə günüə qoyduq onu. Üz-gözündəki xəsarətlər bizim əsərimizdir" deyir. Valideynləri isə bir dəfə də olsun, bizdənü zrxahlıq etməyib, özlərini elə aparırlar ki, sanki kəndin də, rayonun da polisi də, prokuroru da elə bunlardır...
Cənab nazir, biz hamı kimi sizin qətiyyətinizə, əsl polis, əsl general, əsl nazir kimi peşəkarlığınıza, həmçinin, qanunun aliliyinin təmini üçün yorulmadan çalışdığınıza bələdik. Ona görə, Sizə üz tutur, Sizdən kömək istəyirik.
Cənab nazir, hörmətli general Vilayət Eyvazov, güclünün gücsüzü belə qəddarcasına əzib, daha sonra qürrrələnərək pis president yaratmalarına imkan verməyəcəyinizi bildiyimiz üçün Sizə üz tutur, kömək istəyirik.
Çox hörmətli nazir, oğlumun başqa xəsarətləri bir yana qalısn, həkimlər deyir ki, sınıq burnu mütləq əməliyyat olunmalıdır. Mən bilmirəm, onun əməliyyatı, yoxsa qanunun aliliyinin təmini üçün çalışım. Axı niyə Sabirabad polisi bu hadsəyə göz yummalıdır?! Oğlumu ölümcül hala salanlar polisin bu hərəkətsizliyindən niyə cəsarətlənib bizi təhdid etməlidir?! Elə bunu nəzərə alaraq, Sizə üz tutur və dönə-dönə xahiş edirəm: oğlumun qanının yerdə qalmasına imkan verməyin! Oğlumu bu günə salanların qanunun yol verdiyi ən ağır formadan cəzalandırılması üçün yerli polis idarəsinə göstəriş verin!
Səsimizin Sizə tez çatması üçün mətbuata üz tutmalı oldum, əminəm ki, Siz imkansız, kasıb bir atanın fəryadına haray verəcəksiniz...".
Məsləə ilə bağlı DİN-ə sorğu verilib, cavab yazıya əlavə olunacaq.
Samir Musayev
MİA.AZ
Ağstafada dönərdən kütləvi zəhərlənmə - SİYAHI (YENİLƏNİB)
Kanada ABŞ-dan şikayət edib - ÜTT-yə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampdan Putinin "ikibaşlı açıqlaması"na reaksiya: "Ondan "hə" gözləyirdim, tezliklə görüşmək lazımdır"
Zelenski Ərdoğanın Kiyevə səfərə hazırlaşdığını dedi: "Azad Ticarət Sazişini ratifikasiya etməyə hazırıq"
Ermənilər Bakıda məhkəmə zalında: "Əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə..."
Bakıda XII Qlobal Bakı Forumu: İLHAM ƏLİYEV MÜHÜM MESAJLAR VERDİ - ÇIXIŞ + FOTOLAR (YENİLƏNİB)
Osimhen müsahibə verdi: ""Qalatasaray"da çempion olacağıq"
PUTİN TRAMPA TƏŞƏKKÜR ETDİ: "Kurskdakı Ukrayna əsgərlərinin iki seçimi var, ya təslim olacaqlar, ya da..."
4 vəkilə xəbərdarlıq edilib, 2 vəkilə isə töhmət verilib
Hakan Fidan, Yaşar Gülər və MİT başqanı Suriyada - FOTO
Yevlaxda iki nəfər bıçaqlanıb - 17 yaşlı oğlan ölüb, 18 yaşlı isə...
İsrail MN rəhbəri Suriya prezidentini hədələdi: "Başının üzərində təyyarələrimizi tez-tez görəcək"
Prezident İlham Əliyev BMT rəsmisini qəbul edib (Yenilənib)
ERMƏNİSTANLA SÜLH SAZİŞİ... - Ceyhun Bayramov qarşı tərəfin açıq qalan iki maddəni də qəbul etdiyini dedi (Bəyanat)
Ermənistan XİN Ceyhun Bayramovun sözlərini təsdiqlədi: "Sülh sazişinin imzalanma vaxtı və yeri..."
Fransaya casusluqda şübhəli şəxs məhkəmədə faktları sadaladı: "Bakıya gələndə konkret işim yox idi, amma..."
Rəsmi Moskvadan Ukrayna ilə bağlı mühüm mesaj: "Məqsədimiz müvəqqəti atəşkəs deyil..."
Prezident Fatih Birola “Dostluq” ordenini təqdim edib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Məşhur tort və şirniyyat şirkətinin məhsullarında zərərli yağ aşkarlandı - "Azza" "ilişdi" + FOTO
İcra Hakimiyyətinin şöbə müdiri həbs edildi - Şok ittihamla
"Unibank" kartlarından nağdlaşdırma: faizlər artırılıb
İsrail Suriyanın paytaxtını bombalayıb - Hara vurulub?
İsrail İordan çayının qərb sahilində daha 25 fələstinlini saxlayıb
İlham Əliyev ÜST rəhbərini qəbul edib (Yenilənib)
Cənubi Koreyada hərbi pilotlara cinayət işi açılıb - Səhvən başqa yeri bombalayıblar, 31 yaralı var
Bakıda Azərbaycan və Albaniya prezidentlərinin görüşü olub - Nələr müzakirə olunub?
ERMƏNİSTAN SAVAŞA HAZIRLAŞIR? - 3 detal var (TƏHLİL)
Sığınacaqda qalan qıza imtahana girməyə problem yaradılıb - Mehriban Zeynalova həyəcan təbili çaldı
Putinin sözçüsündən Tramp və Zelenskiyə tərs sillə: "İlhaq olunan Krım, Sevastopol, Xerson, Zaporojya, Donetsk və Luqansk Rusiyanındır, bu, dəyişməzdir"
Rusiya ordusu Kurskdə bir rayonu hava zərbələri ilə yox edib - Ukrayna açıqlama yaydı
Ali Məhkəmə daha bir mübahisəli vəziyyət üzrə vahid qərar verdi - İcarə müqavilələri ilə bağlı
PUTİN NİYƏ HƏRBİ FORMA GEYİNDİ? - Peskov suala belə cavab verdi
“Ulduz” jurnalının mart sayı çapdan çıxıb - FOTO
AFFA bu klubları cəzalandırdı - SİYAHI
Axtarışda olan daha bir nəfər Azərbaycana gətirilib
Rəsmi Bakı: "Rusiya-Ukrayna müharibəsi..." - "Türk Dövlətləri Təşkilatı da bölgədə yeni reallıqdır"
Hikmət Hacıyev Forumda: "Əas müzakirə olunan məsələlərdən biri yeni dünya düzəni və..." (Yenilənib)
Prezident nazir müavinləri barədə sərəncam imzalayıb - Dəyişiklik
Bakıda əməliyyat: 6 nəfər tutulub