Gəncənin icra başçısı Ağdaş İH-nin şöbə müdirini yüksək vəzifəyə təyin edib

img

22-06-2024 [10:37]


Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinə müdir (şəhərin baş memarı) təyinatı olub.

Mia.az
Tezadlar.az-a istinadla xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri - Baş memar vəzifəsinə Həsənzadə Elvin Kamran oğlu təyin edilib.

Qeyd edək ki, E.Həsənzadə bu təyinatadək Ağdaş Rayon İcra Hakimiyyətinin (İH) Memarlıq və tikinti şöbəsinin müdiri - Baş memar vəzifəsində çalışıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:16 18.07.2024

Sabah yağış yağacaq