DİN-in Hərbi İnstitutunda buraxılış mərasimi olub
21-06-2024 [16:30]
İyunun 21-də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunda 2023-2024-cü tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.
DİN-dən Mia.az-a verilən məlumata görə, tədbirdə respublikanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş, xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı canlarından keçən hərbi qulluqçuların və polis əməkdaşlarının əziz xatirəsi yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Nazir müavini – Daxili Qoşunların komandanı general-leytenant Şahin Məmmədov məzunların buraxılış mərasiminin Hərbi İnstitutun həyatında əlamətdar hadisələrdən biri olduğunu diqqətə çatdıraraq təhsil müəssisəsinin inkişaf yolu, maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.
Sonra çıxış edən Hərbi İnstitutun rektoru general-mayor Elçin Məmmədov daxili işlər naziri V.Eyvazovu əmin edib ki, İnstitutun kollektivi təlim-tədris prosesinin daha da təkmilləşdirilməsi, müasir dövrün çağırış və təhdidlərinə cavab verən ixtisaslı kadr hazırlığının həyata keçirilməsi ilə bağlı tələblərin, əmr və göstərişlərin tam və yüksək səviyyədə yerinə yetirilməsi üçün daim əzmlə çalışacaq, bilik və bacarıqlarını əsirgəməyəcək.
Gənc zabitlər önündə çıxış edən nazir Vilayət Eyvazov bildirib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsi olaraq bu gün Daxili Qoşunlar qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirməyə qadirdir.
Qoşunların döyüş hazırlığının yüksəldilməsi Ali Baş Komandan tərəfindən hər zaman nəzarətdə saxlanılıb, müasir silah və texnika ilə təminat, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi sahəsində bir çox vacib qərarlar qəbul edilib.
Nazir Prezident İlham Əliyevin 22 may 2024-cü il tarixli fərmanı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutu adlandırıldığını da məmnunluqla qeyd edib.
Ölkədə aparılan quruculuq işlərinin və islahatların Daxili Qoşunların hərbi hissələri ilə bərabər Hərbi İnstitutun da inkişafına təkan verdiyi vurğulanıb.
Daxili işlər naziri Qoşunların peşəkar kadr özəyinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin, o cümlədən Jandarm Baş Komandanlığının rolunu xüsusi qeyd edib, şəxsi heyətin yüksək döyüş hazırlığına görə minnətdarlığını bildirib.
General-polkovnik V.Eyvazov Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərdiyini, onların arasında Hərbi İnstitutun məzunlarının da olmasını bu təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasında əzmkar fəaliyyətin əyani təsdiqi kimi vurğulayıb.
Nazir V.Eyvazov əmin olduğunu bildirib ki, daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcək, qarşıya qoyulmuş tapşırıqların layiqincə yerinə yetirilməsi üçün var qüvvəsi ilə çalışacaq.
Tədbirin sonunda daxili işlər naziri Hərbi İnstitutu fərqlənmə və "baş leytenant" xüsusi rütbəsi ilə bitirmiş məzunlara diplomları təqdim edib.
Sonda gənc zabitlər təntənəli marşla tribunanın qarşısından keçiblər.
BMT Baş katibindən ABŞ-ın Venesuelanı mühasirəyə almasına - Reaksiya
İsrail tarixinin ən böyük qaz anlaşmasını müsəlman ölkəsiylə imzaladı: 35 milyard dollarlıq - Netanyahu növbəti sürpriz vəd edir
"Limitsiz azadlıq heyvanlara məxsus bir keyfiyyətdir" - Aparıcıların efirə seksual geyimlə çıxmalarına etiraz böyüyür (FOTOLAR)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Mirmahmud Mirəlioğlunun 18 yaşlı nəvəsinin meyiti tapıldı
Qərbi Kaspi Universitetinin dövlətə borcu 5 dəfə artıb
Putin generallarla görüşdə niyyətini açıqladı: "Rusiya tarixi ərazilərinin hərbi yolla azad edəcək"
Rövşən Nəcəf Qətərə yollanıb
Sahibə Qafarova Aİ rəsmisi ilə nəyi müzakirə edib? - Görüş + FOTO
Kənan Yıldız "Yuventus"dan ayrılır? - İki klub danışıqlara başlayıb
Türkiyə futbolunda daha bir yenilik - Transfer müddəti dəyişib
BMT: "Qəzzaya təcili humanitar yardım çatdırılmalıdır"
Gəncədə məktəbli qayçı ilə şagird yoldaşına xəsarət yetirib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha bir AXCP funksioneri saxlanılıb?
Əli Əsədov ikili diplom proqramı barədə sərəncam imzalayıb - CƏDVƏL
Sabiq nazirin qızı üzr istədi - Açıqlama
"Açıq ürək əməliyyatı olmalıyam, sabaha ümidim yoxdur, buraxacaqsınızsa..." - Sabiq məmur məhkəmədə
"MTV" kanalına ciddi xəbərdarlıq olunub
Qətərin Baş prokuroru Azərbaycana səfərə dəvət olunub
Rəsmi Tehran ABŞ-a çağırış etdi: "Əgər bizə zərbə olsa, o zaman..."
"Nə qədər yaramaz və şərəfsiz olasan ki..." - Musa Musayev yazır
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin səlahiyyət müddəti bitib - XİN-də görüş olub
MEDİA-nın Müşahidə Şurası iclası keçirib - FOTO
Polis əməliyyatı: 3 nəfər 47 kq narkotiklə tutulub
ABŞ-Venesuela müharibəyə addım-addım yaxınlaşır - Tramp qərar verdi, Karakas və BMT-dən xəbərdarlıq gecikmədi
BOKT-un vəzifəli şəxsləri cərimələnib
QƏBULA HARAM QATANLAR KİMLƏR OLUB? - DİM buraxılış və yaz qəbul imtahanlarında dələduzluq edənlər barədə elə faktları açıqladı ki...
Prezident İlham Əliyev BƏƏ-də - FOTOLAR (Yneilənib)
Sabah hava necə olacaq? - Proqnoz
Zakir Həsənov generalı Levent Ergünü qəbul edib - Açıqlama
DÇ-2026: FIFA oyunlara 60 dollarlıq biletləri satışa çıxardı
Maliyyə Nazirliyi ofis icarəyə götürəcək - 1.2 milyona
Tramp daha 5 ölkəyə səyahət qadağası qoydu - Səbəb + SİYAHI
Axtarışda olan Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb
Naxçıvanlılar Biləsuvar gömrük postundan niyə buraxılmır? - VİDEO